elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Gülnarə Hüseyn qızı Quluzadə

Gülnarə Hüseyn  qızı Quluzadə  2009-cu il iyunun 12-də Bakı şəhərində dünyaya göz açmışdır. Gülnarə   körpəlikdə sakit və çox maraqlı uşaq olub. O, oyuncaqları ilə oynamağı, rəsm boyamağı çox sevirdi.  Təkliyi sevmir, ətrafında həmişə uşaqların olmasına çox sevinərdi. Ətrafı tərəfindən çox sevilən, qohum və qonşuların sevimlisi idi.
Gülnarə  məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona anası öyrətmişdir. Gülnarənin    musiqi istedadı onda körpəlikdən yaranıb. Məktəbi əla qiymətlərlə oxuyur.
 Gülnarə84 saylı orta məktəbin şagirdidir. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər tarix və ingilis dilidir.

Gülnarə   məktəbinin əksər tədbirlərində və məktəbdə keçirilən bayram və tədbirlərdə fəal iştirak edir.   Gülnarə   əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir  Gələcəkdə hüquqşunas olmaq, qanunların keşiyində durmaq istəyir. Gülnarə  asudə vaxtlarında   musiqi dinləməyi və kitab oxumağı çox sevir. Bədii ədəbiyyatda tarixi əsərlərə, eyni zamanda dünya klassik musiqisinə-Şopenə qulaq asmağı çox sevir. Əsas arzuları yaxşı hüquqşunas olmaqdır. 

Комментариев нет:

Отправить комментарий