elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 января 2017 г.

Leyla Elxan qızı İbrahimova

Daha bir istedadlı yeniyetməmiz Leyladır. Leyla Elxan qızı İbrahimova 17 iyun 2004-ci ildə Bakı şəhərində anadan olub. Onun bütün ad günləri böyük bir bayram kimi qeyd edilir. Leyla körpəlikdən çox ağıllı bir uşaq olub. Hər şeyə maraq göstərib. 1 yaş 5 aylığında o, artıq çoxlu şeirlər bilir, rəsmlər çəkirdi. O, 3 yaşında yazıb-oxumağı bacarıb. Ailə xarici dilləri mükəmməl bildiyinə görə Leyla ilə xarici dillərdə danışırdılar. Buna görə də Leyla uşaq yaşlarından Azərbaycan dili ilə yanaşı rus və ingilis dilində də sərbəst danışırdı. İndi isə o, artıq alman dilində də çox gözəl danışmağı bacarır. Dərsləri ilə özü sərbəst məşğul olur. Rəqs, üzgüçülük, rəsm kurslarına gedir. Kiçik yaşlarından rəsmə xüsusi maraq göstərib. Bu həvəsi onda görən valideynləri ona barmaq boyaları almışdılar. Leylanı 4 yaşından Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinə yazdırıblar. İlk rəsm müəllimi Rəhilə xanım olub. Rəssamlığın incəliklərini Leylaya Rəhilə xanım öyrədib. Leyla 11 yaşına kimi qaleriyada yaradıcılıqla məşğul olub. Ölkəmizdə və ölkəmizdən kənarda keçirlən onlarla sərgi, müsabiqələrin qalibi və iştirakçısı olmuşdur.
Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Leyla dərslərini əla qiymətlərlə oxuyur. Riyaziyyat, fizika, biologiya, coğrafiya və xarici dil fənlərini daha çox sevir. Məktəbin fəal şagirdlərindəndir. Demək olar ki, məktəbdə keçirlən bütün tədbirlərdə iştirak edib.
Həyatında çox sayda uğur qazanıb. Bakıda təşkil edilən ilk fərdi sərgisi, Parisdəki sərgisi, ombudsman Elmira Süleymanovanın, məşhur rəssam Ömər Eldarovun, Arif Hüseynovun, Ağəli İbrahimovun, Fərhad Xəlilovun və Fövqəladə hallar naziri Kamaləddin Heydərovun onu təltif etdikləri günlər Leylanın yaddaşından silinməyəcək günlərdir. Onun əl işləri bir çox kataloqlarda nəşr edilib.
Yaradıcılıqda özünəməxsus fantaziyası olan qızdır.
Əldə etiyi bütün nailiyyətlərə görə özünü üzərində əməyi olan insanlara, ilk növbədə valideynlərinə və müəlimləri Kəmalə xanıma, Ağabacı xanıma, Nərmin xanıma, Rəhilə xanıma borclu bilir.
Valideynləri ilə səyahət etməyi çox sevir. O, bir sıra ölkələrdə olmuşdur. Almaniya, Fransa, İspaniya, İtaliya, Manacco, Luksemburq, BƏƏ, Türkiyə, Macarıstan və Rusiyanın özünəməxsus xüsusiyyətləri onun yaradıcılığında öz əksini tapmışdır. İstedadı ilə bağlı Azərbaycan televiziya kanalının “MAG” verilişində və Azad Azərbaycan televiziya kanalının səhər verilişində qonaq olub.
Asudə vaxtalarında kitab oxuyur, hekayələr yazır.
Gələcəkdə həkim olmaq istəyir. Əvvəllər plastik cərrah olmağa maraq göstərsə də, indi endokrinoloq olmaq istəyir. Təkcə Azərbaycanda yox, dünyada sayılıb-seçilən həkim olmağa çalışacağını deyir.

Uğurların bol, yolun açıq olsun, Leyla.

Комментариев нет:

Отправить комментарий