elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 января 2017 г.

Məmmədova Dilbər Tariyel qızı

 
Məmmədova Dilbər Tariyel qızı 13 mart 2004-cü ildə Bakı şəhərində anadan olub. Dilbər körpəlikdən diqqətli və ağıllı uşaq olmuşdur. O, intellektual oyunlar oynamağı sevmiş, hər zaman kitablarla maraqlanmışdır. 4 yaşından etibarən məktəbəqədər hazırlıq kurslarına getmiş, kurslarda da özünü fəal göstərmişdir. Bu kurslarda ingilis dili, rəsm, musiqi, rəqs, ədəbiyyat fənlərindən dərs almışdır. Qeyd edək ki, Dilbər oxu dərslərində sürətli oxu üzrə hər zaman yüksək nəticə əldə edir. Həmçinin inşa yazmaq qabiliyyəti ilə daim seçilir. Dilbərin yaşı az olsa da, çox gözəl nitqə malikdir. Dilbər məktəbə gedənə qədər artıq yazıb-oxumağı bacarırdı. Həm getdiyi kurslar, həm də evdə valideynlərinin onun təhsili ilə ciddi məşğul olmaları öz nəticəsini göstərib.
Xüsusi vurğulayaq ki, Dilbərgilin ailəsi musiqiçilər ailəsidir. Babası Məmmədov Tariyel əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, “Musiqi dünyası” jurnalının baş redaktorudur. Nənəsi Məmmədova Leyla sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və elmi katibidir. Bu səbəbdən də çox erkən yaşalarından Dilbərdə də musiqiyə meyil və həvəs yaranmış, bu sahədə istedadı aşkarlanmışdır.
Dilbər 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur və ən sevimli fənləri ədəbiyyat, ingilis dili, alman dili, informatika və musiqidir. O, məktəbdə keçirilən tədbir və müsabiqələrdə fəal iştirak edir. Dəfələrlə qalib olub. Onu da qeyd edək ki, iki dəfə təhsil aldığı 354 №-li uşaq musiqi məktəbinin sagirdi kimi respublika üzrə fortepiano müsabiqəsində diplomant adını qazanıb.
Qazandığı uğurlara görə ilk növbədə valideynlərinə, müəllimlərinə, xüsusilə ibtidai sinif müəllimi olmuş Mətanət Seyidovaya, sinif rəhbəri Kəmalə xanım Qarayevaya, ingilis dili müəllimi Elmira xanıma, Azərbaycan dili müəllimi Ağabacı xanıma, musiqi müəllimi Siala Vaxtanqovnaya, riyaziyyat müəllimi Azadə xanıma borclu olduğunu deyir. Anasına, xalasına oxşamaq istəyir. Xalası kimi ingilis dilini sərbəst bilməyə, informatika elmləri üzrə mütəxəssis olmağa çalışır. Ən əsası isə xeyirxah və ədalətli insan olmaq istəyir. Dilbər düşünür ki, bu keyfiyyətlərə malik olsa, uğur özü onu tapacaqdır. O, babasının yolunu davam etdirərək hüquqşünas olmaq və ya informatika elmləri üzrə mütəxəssis olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, kompüterdə məşğul olur. Daha çox dünya klassiklərinin əsərlərini oxumağa üstünlük verir. Bax, Bethoven, Motsart, Q. Qarayevin yaradıcılığını dərindən öyrənməyə çalışır.

Əldə etdiyi uğurlar barədə dövri mətbuatda dəfələrlə məlumatlar dərc olunmuşdur. “Musiqi dünyası” jurnalında, “Kaspi” qəzetində Dilbər barədə maraqlı yazılar nəşr edilmişdir. 

Комментариев нет:

Отправить комментарий