elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 января 2017 г.

Mustafayev Elçin Şahin oğlu

 
Mustafayev Elçin Şahin oğlu 9 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda hər bir şeyə böyük maraq göstərirdi. Musiqini və rəqs etməyi çox sevirdi. Həmin maraqları bu gün də davam edir. Məktəbəqədər hazırlıq kursu keçib. Oxuyub-yazmağı orada mükəmməl öyrənib. 2012-ci ildən 23 №li orta məktəbdə təhsil alır. Hazırda VI sinif şagirdidir. Dərslərdə çox fəaldır. Ən çox  fizika və coğrafiya fənlərini sevir. Olimpiadalarda iştirak etməyi xoşlayır. İnformatika fənni üzrə iştirak etdiyi olimpiadada  I yer tutub. 2016-cı ilin avqust ayında Zirvə Ziyalılar Təşkilatının dəstəyi ilə keçirilən “Mr & Mrs Stars of Baku” moda və istedad layihəsinin 4 nominasiyası üzrə qalib olub. Həmin ilin dekabr ayında isə Zirvə Ziyalılar Təşkilatının 25 illiyi münasibəti ilə “Azerbaijan’s Best Awards 2016” mükafatına layiq görülüb. 2016-cı ildə keçirilmiş bu müsabiqə ilə əlaqədar televiziya proqramlarının birində iştirak edib.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə çox minnətdardır. Elçin hər zaman onların dəstəyi sayəsində irəlilədiyini deyir.
Ən böyük arzusu məktəbi əla qiymətlərlə bitirib universitetə daxil olmaq, arzuladığı peşəyə yiyələnməkdir. Seçdiyi peşə isə İT sahəsinə aiddir. Gələcəkdə proqramçı olmaq niyyətindədir.
Asudə vaxtlarında seçdiyi peşəyə aid videolara baxmağı xoşlayır. Həmçinin videooperatorluğa da böyük həvəsi var.
İncəsənət sahəsində ən çox musiqini, əsasən də xalq mahnılarını sevir. Milli və müasir rəqslərə də marağı var. Hazırda idmanın kikboksinq növü ilə məşğuldur.
Tarixin yaddaşında qalmaq üçün öncə vətənə layiq övlad olmaq lazım olduğunu düşünür. Elçinin fikrincə, hər bir qeyrətli oğul vətəni qorumağa hazır olmalıdır, bu tarixə düşmək üçün ən gözəl və layiqli bir səbəbdir.
Biz Elçinin adını gələcəkdə tez-tez eşidəcəyimizə inanır və balaca müsahibimizə gələcək addımlarında uğurlar arzu edirik!

Комментариев нет:

Отправить комментарий