elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 января 2017 г.

Allahverdiyev Rəhim Əzim oğlu

Allahverdiyev Rəhim Əzim oğlu 2006-cı ilin oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur. Rəhim körpəlikdə çox sakit uşaq olmuşdur. Bütün uşaqlar kimi müxtəlif oyuncaqlarla oynamağı xoşlayıb. Rəhim istedadlı uşaqdır. Onun istedadını Rəhimin 3-4 yaşlarında atası aşkarlamışdır. Atası onu idman məşqlərinə yazdırmışdır. Rəhim idmanı çox sevən, daim hərəkətli uşaq idi. İdmana xüsusi bir maraq göstərirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bütün bunları ona anası öyrətmişdir.
Rəhim Abşeron rayon Hüseyn Axundov adına Saray qəsəbə 3 saylı orta məktəbin şagirdidir. Sinif rəhbəri Sevil Əmrahova da onun barədə yüksək fikirdədir. Eyni zamanda cüdo ilə məşğul olur. Məşqçisi Rüfət müəllimdir.
Bütün fənləri sevərək oxuyur və ən çox sevdiyi fənn riyaziyyatdır. Məktəbdə keçirilən bir çox tədbirlərdə fəal iştirak edib. Rəhim 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə və Novruz şənliyində dəfələrlə iştirak etmişdir. O, bu tədbirlərə sinif yoldaşları ilə birlikdə böyük bir həvəslə hazırlaşırdı. Rəhim keçirilən tədbirlərdən diplom, tərifnamələr qazanmışdır. Rəhim xüsusi istedada malik olduğundan idmanda da bir çox diplomlarla mükafatlandırılmışdır. Rəhimin bu nailiyyətləri qazanmasında valideynlərinin və müəlliminin böyük əməyi olmuşdur.
Asudə vaxtlarını dostları və qardaşı ilə oyun oynamaqla keçirir. Gələcəkdə yüksək vəzifəli bir şəxs olmaq istəyir. Onun ən böyük arzusu dövlət işçisi olmaqdır. Bibisi oğlu ona bu fikrə düşməyə örnək olub. Rəhim barəsində televiziya proqramlarında məlumat verilmişdir.
Hədəflədiyi ən yüksək zirvə isə yaxşı bir idmançı olmaqdır. Rəhim çalışır ki, dərslərində müfəvvəqiyyətli və uğurlu olsun, nailiyyətlər əldə etsin.


Комментариев нет:

Отправить комментарий