elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Cavid Kamil oğlu Hacızadә

“İnsan qәlәbә üçün doğulmuşdur, mәğbuliyyәt üçün yox” deyәnlәr çox haqlıdırlar. Belə düşünən qəhrəmanlarımızdan biri də Caviddir.
Cavid Kamil oğlu Hacızadә 24 aprel 2003-cü ildә Bakı şәhәrindә anadan olmuşdur. Uşaq yaşlarından sakit, tәrbiyәli vә ağıllı olub. 5 yaşından üzgüçülüklә mәşğul olur. 5-6 yaşlarından bağçaya vә hazırlığa gedib. Mәktәbә gedәnә qәdәr yazıb-oxumağı bilirdi. İlk tәhsilә 189 №-li mәktәbdә başlayıb. Hazırda isә 173 №-li mәktәbdә tәhsilinә davam edir. Dәrslәrini әla qiymәtlәrlә oxuyur. Bütün fәnlәri eyni sәviyyәdә öyrənməyə çalışır. Mәktәbdә keçirilәn bütün tәdbirlәrdә fәal iştirak edir. Cavidi әn çox sevindirәn yarışlarda qalib olmasıdır. Futbol, dama, üzgüçülük yarışlarından diplom vә tәrifnamәlər alıb. Әldә etdiyi uğurlara görә özünü valideynlәrinә vә müәllimlәrinә borclu bilir. Atasına bәnzәmәk istәyir.
 Gәlәcәkdә mühәndis olmaq istәyir. Çünki tikinti işinә marağı böyükdür. Ali mәktәbә qәbul olub, seçdiyi peşәnin mütəxəssisi olmaq ən ümdə arzusudur.
Asudә vaxtlarında internetdәn maraqlı mәlumatlar oxuyur.
Arzuların çin olsun, Cavid.

Комментариев нет:

Отправить комментарий