elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 января 2017 г.

Eynullayev Ayaz Cəlal oğlu

Eynullayev Ayaz Cəlal oğlu 3 aprel 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdən etibarən ağıllı, mehriban və tədqiqat marağı yüksək olan bir uşaqdır. İlk yaşlarından entomologiyaya xüsusi maraq göstərir. Böcəklərə və həşəratlara olan marağı internetdə apardığı araşdırmalarda, sahib olduğu sintetik qatran içində qurudulmuş böyük böcək kolleksiyası və müxtəlif təcrübələrdə özünü büruzə verir. Qarşılaşdığı bütün böcəkləri toplayır, incələyir və onlar haqqında ətraflı araşdırma edir. Ayaz kiçik yaşlarından rəsm çəkməyə boyük həvəs göstərir, ən sevdiyi rəsm mövzusu  böcəklər, həşəratlar və dinozavrlardır. Bundan əlavə gildən və plastilindən müxtəlif əşyalar düzəldir və onları rəngləməyi xoşlayır. Böcəklərə və heyvanlara aid çoxlu kitabları, ensiklopediyaları var. Ayazın valideynləri onun intelektinin inkişafına xüsusu diqqət yetirir və buna görə onu müxtəlif mövzularda məşğələlərə, kurslara və master klasslara göndərir. Təhsil aldığı məktəbdə beş yaşından etibarən məktəbəqədər hazırlıq kursunun şagirdi olmuşdur. Bütün fənləri sevməyinə baxmayaraq dörd yaşından etibarən riyaziyyata xüsusi marağı və həvəsi var. Atası ilə birlikdə müxtəlif misallar həll etməyi, məktəbdə hələ keçmədiyi vurma, bölmə kimi əməllərin məntiqini öyrənməyi və boş zamanlarında riyazi hesablamaları şifahi düşünməyi çox sevir. Kvadrilyon, kvintilyon və daha böyük rəqəmlərin ardıcıllıqlarını öyrənib, belə nəhəng ölçüdə sadə toplama tipli hesablamalar ilə maraqlanır.
Ayaz hazırlıq sinfinin məzuniyyət tədbirində "Ələddinin sehrli çırağı" tamaşasında baş rol alaraq, Ələddin obrazını canlandırmışdır. Müəllimlərin və valideynlərin qarşısında çıxış etdiyi, çətin və eyni zamanda emosional obrazın öhdəsindən layiqincə gəldiyi üçün məmnunluq hissi duyduğunu qürurla söyləyir. O günü ən maraqlı və yadda qalan günlərindən biri hesab edir.
Hazırda Ayaz 6 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənnlər riyaziyyat və texnologiyadır. Asudə vaxtlarında uzgüçülük, velosiped sürmə ilə məşğul olur, rəsm çəkir və ingilis dilinin öyrənir. 2016-cı ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan uşaqlar üçün yay məktəbində iştirak edib və orada "Pul, xərclər və qənaət" proqramı üzrə sertifikat alıb. Həmin ilin noyabr ayında İctimai kanal üçün məktəbdə çəkilişdə iştirak edib. Veriliş həm İctimai, həm də Mədəniyyət telekanalında efirə gedib.
Ayazın ən böyük arzusu gələcəkdə insanlara yardım etməkdir, bunun üçün gələcəkdə özünü həkim olaraq görür. İndidən bu peşəyə xüsusi diqqət yetirir, mikroskop altındakı bakteriyalar və hüceyrələri incələyir, insan anatomiyasını öyrənir, xəstəliklər və onların müalicəsi haqqında informasiya toplayır. O, gələcəkdə beynəlxalq bilik olimpiadalarında iştirak etməyi, Azərbaycanı təmsil edərək qızıl medal qazanmağı hədəfləyir.
Dərslərinə məsuliyyətli yanaşan, tələbkar və ciddi oğlana ürəkdən deyirik: gələcəyin həkimi, yolun açıq olsun!

Комментариев нет:

Отправить комментарий