elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Əliyeva Aidə İltifat qızı

Əliyeva Aidə İltifat qızı 29 sentyabr 2004-cü il Cəlilabad rayonunda anadan olub. Aidə sakit, sözəbaxan uşaq olub. Şəkil çəkmək, şahmat oynamaq sevimli məşğuliyyətlərindəndir. Hələ məktəbə getməmişdən öncə böyük bacısı Türkanənin sayəsində yazmağı və oxumağı öyrənmişdir. Aidə 5-6 yaşlarında maraqlı şəkillər çəkirdi. Şəkilli jurnallara baxdıqca şəkil çəkməyə maraq göstərmişdir.
Aidə Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı məktəbdə təhsil alır. Əlaçıdır. Bacardıqca bütün fənlərə qarşı eyni maraqla yanaşır. Məktəbin qabaqcıl şagirdlərindən biri kimi tədbirlərdə fəal iştirak edir. 20 Yanvar, Novruz bayramı, Gül bayramına həsr olunmuş tədbirlərdə, ingilis dili aylığında, şair və yazıçılarla keçirilən görüşlərdə fəal iştirak edib. Tədbirlərdə şeir, mahnı, rəqslərlə çıxış edib, bəzənsə aparıcı olub. Sinif rəhbəri Vüsalə Nəsibova da onun həm təhsildə, həm təlim-tərbiyədə seçilən şagirdlərdən olduğunu qeyd etdi.
Həyatının ən uğurlu günləri diplom, tərifnamə, fəxri fərmanla təltif olunduğu günlərdir. 2014-cü il mayın 24-də məktəbdə keçirilən ingilis dili aylığında fəal iştirak etdiyinə, həmin il mayın 30-da ibtidai sinfi əla qiymətlərlə bitirdiyinə görə fəxri fərmanla təltif olunub. Əldə etdiyi uğur və nailiyyətlərinə görə Aidə anasına və bacısına borclu olduğunu bildirir. Anasının peşəsinə vurğun olan Aidə gələcəkdə onun yolunu davam etdirmək istəyir. Gələcək planı ailəsinə və Azərbaycan xalqına layiqli övlad olmaq, savadlı, vicdanlı həkim kimi fəaliyyətini davam etdirməkdir.
Asudə vaxtlarında bədii kitablar oxuyur, müxtəlif məlumatlarla maraqlanır, yeni məlumatlar öyrənməyə cəhd edir.
Ürəyi mərhəmhətlə dolu olan bu qız Azərbaycanın xeyirsevər oğlu Hacı Zeynalabdin Tağıyev yolunun davamçısı olmaq istəyir.
Ümid edirik ki, gələcək fəaliyyətində böyük həvəslə irəliyə doğru addımlayacaq.


Комментариев нет:

Отправить комментарий