elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 января 2017 г.

Bayramova Əsra Elçin qızı

Bayramova Əsra Elçin qızı 24 avqust 2001-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. İlk təhsilini Sumqayıt şəhərindəki 21 saylı orta məktəbdə alıb. Hazırda şəhərin ən öncül təhsil ocaqlarından olan Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdidir. Əsra musiqi təhsili də alır. Bülbül adına Uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə musiqi sənətinin sirlərinə yiyələnir.
Əsra körpəlikdə çox kövrək, ərköyün və qapalı uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Şeir deməyi, nağıl danışmağı çox sevib. Nənə və babasının sevimlisi olduğundan bir müddət onlarla qaldığı üçün maraqlı nağıl və hekayələr öyrənmişdi. O, böyüdükcə, sinifdən-sinfə keçdikcə çalışqanlığı ilə yaşıdlarından seçilirdi. Çox məsuliyyətli, prinsipial olması onun gələcəkdə savadlı bir mütəxəssis olacağından xəbər verir.
Əsra dərslərimi əla oxuyur, Azərbaycan dili, riyaziyyat, biologiya, fənlərini isə daha çox sevir. Məktəbdə keçirilən tədbirlərin ən fəal iştirakçılarından olur. Bilik günü, Yeni il və Novruz, bayramlarında keçirilən şənliklərdə özünəməxsus şeir qiraəti ilə yaşıdları arasından seçilməyi bacarıb. Dahi Nizaminin “Yeddi gözəl” əsərində Rum şahzadəsi rolunda oynayıb. Mərhum prezident Heydər Əliyevin doğum günlərinə həsr edilmiş tədbirlədə, Gül bayramlarında nümunəvi əl işlərinə görə dəfələrlə fəxri fərmanla təltif olunub. Həmçinin əla qiymətlərlə oxuduğuna görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülüb. Məktəb və respublika səviyyəsində riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilən olimpiadalarda iştirakçı olub. Bu günə qədər əldə etdiyi uğurlara görə ilk müəllimi Şəhla Əhmədovaya və onun simasında bütün müəllimlərinə, valideynlərinə borclu olduğunu deyir. Ən böyük arzusu həkim olmaqdır.
Asudə vaxtlarında mütaliə etməyi, kətan üzərində rəsmlərin muncuqla bəzədilməsi ilə məşğul olur. Əsasən dövlət rəmzləri mövzusuna üstünlük verir.
Gələcək planları zəngindir. Belə ki, ilk növbədə orta məktəbi müvəffəqiyyətlə bitirmək, Azərbaycan Tibb Universitetinə daxil olmaq, tibb sahəsində respublikanın sayılıb-seçilən mütəxəssisilərindən biri olmaq arzusundadır.


Комментариев нет:

Отправить комментарий