elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 января 2017 г.

Əkbərzadə Aylin İlqar qızı

Azərbaycanımızın istedadlı, zəkası ilə seçilən uşaqlarından biri də Aylin Əkbərzadədir. Aylin körpəlikdən həssas, canıyanan xasiyyəti, geniş qəlbi ilə həmişə ətrafdakıların sevgisini qazanıb. Çox məsuliyyətli və zəhmətkeş uşaqdır, həddindən artıq dost sevərdir. Onun dostlarının sayı-hesabı yoxdur. Yaşıdları arasında, Aylin həmişə diqqət mərkəzində olmağı bacarır, və lider xasiyyəti ilə həmişə seçilir. Çox gözəl nitqə malik olan Aylin öz fikrini səlist bir şəkildə ifadə edərək, qurduğu cümlələrlə tez-tez böyükləri təəcübləndirir.
Əkbərzadə Aylin İlqar qızı 9 fevral 2010-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Hələ kişik yaşlarından valideynləri onun dillərə marağını görərək ingilis təmayüllü “Şəkər bala kindergarden and preschool” uşaq bağçasına qoyurlar. Müəllimləri həmişə Aylinin digər həmyaşıdlarından fərqləndiyini qeyd edirdilər. Onun çox güclü qavrama qabiliyətinə malik olduğunu, nəzərindən xırda detalların belə qaçmadığını xüsusi vurğulayırdılar.
Təhsilə, oxumağa böyük marağı olan balaca Aylin hərfləri həvəslə öyrənirdi. Və artıq 4 yaşında kitablar oxuyurdu. Aylin 4 yaşında 1 il tam ingilis dilli “İB” proqram ilə məktəbə qədər hazırlıq keçmişdir. Daha sonra 1 il tam rus dilli proqram ilə təkrar məktəbəqədər hazırlıq keçmişdir.
2016-ci ildə Bakı şəhərinin Səbail rayonundakı 6 saylı məktəb-liseyin I sinfinə imtahanı uğurla keçərək rus bölümünə qəbul olmuşdur. Hazırda həmin məktəbin I sinfində Səbinə Tağıyevanın sinif rəhbəri olduğu sinifdə təhsilini davam etdirir və bu günə kimi olan bütün KSQ qiymətləri əladır.
Aylin dərslərində əlaçı olması ilə bərabər, həm də idmançıdır. 2014-cu ildə 4 yaşında ikən Azərbaycan Gimnastika Federasıyasının “Ocaq” idman klubunun bədii gimnastika bölümünə, Azərbaycan Milli Bədii Gimnastika komandasının baş məşqçisi, əslən bolqariyalı olan Mariana Vasilyeva tərəfindən 150 uşaq arasından seçilmişdir. Hazırda Aylin “Ocaq” idman klubunun idmançısı, Azərbaycan Milli Bədii gimnastika komandasının preyuniyor gimnastıdır. Bəzən xəstələnib məşqlərdən geri qalmağa məcbur olanda etiraz edərək deyir: - Ana, məşq eləməsəm I yerə qalxa bilmərəm. Mən də digər idmançılarımız kimi Azərbaycanın bayrağını yüksəltmək istəyirəm.
İnanırıq ki, gün gələcək Aylin istəyinə nail olacaq. Axı o sanki “Mətin qalay əsgər”dir. Onun dözümlü xasiyyətini, irəli getmək arzusunu müşahidə edərək biz onu belə adlandırırıq. Aylin Heydər Əliyev adına idman arenasının məşq zalında, baş məşqçi Aysel Allahverdiyevanın rəhbərliyi altında gündə 5 saat məşq edir, hazırda yarışlara hazırlaşdığı üçün asudə vaxtı heç olmur. Aylin Əkbərzadə 2018-ci ildən artıq beynəlxalq yarışlarda iştirak edəcək, Azərbaycanı layiqincə təmsil edəcək. Aylin məktəbdə, AGF-də keçirilən bayram tədbirlərində, həmişə fəal iştirak edir. Təhsildə və ictimai işlərdə fərqləndiyinə görə fəxri fərman, diplom və tərifnamələrə layiq görülmüşdür.
Aylinlə gürüşdüyümüz zaman o, ingilis dili dərsində idi. Fikir verdik ki, Aylin dərsdə çox fəaldır, hamıdan tez muəllimin suallarına düzgün cavab verərək, ingilis dilində olan bilikləri ilə sinif yoldaşlarından seçilir. Zəng vuruldu. Aylin ilə tanış olub ona suallar verdik. Məktəbdən, dostlarından, fənlərdən, ən sevdiyi dərsdən... Aylin susdu, bir an fikrə gedib dedi: - Bilirsiz, ən sevdiyim dərs yoxdur, çünki bütün fənlər bir-birinə bağlıdır və gələcəkdə onlar mənə lazım ola bilər. Onlar bizim savadlı olmağımız ücün lazımdır!
Bunlar balaca qızın böyük fikirləridir. Aylin həm böyük kimi fikirləşir, həm də böyük urəyə malikdir! Gələcəkdə kim olmaq isteyirsen? sualina isə: - Əlbəttə ki, həkim! İnsanlara kömək etmək istəyirəm. Bilirəm, hələ cox oxumalıyam, ancaq arzuma çatmaq üçün mütləq savadlı olmalıyam!
Müəllimləri Aylin barəsində çoxlu xoş sözler söylədilər. Aylinin məsuliyyətli, zəhmətkeş olduğunu, dostlarının köməyinə hər zaman yetişdiyini qeyd etdilər. Aylin yumşaq və şən xasiyyəti ilə sinif yoldaslarını özünə celb edir, onlarla asanlıqla ünsiyyətə girir və dostluq etməyi bacarır.
Aylinin ən böyük arzusu olimpiya çempionu olmaq və təhsilini Amerikanın top universitetlərindən birində davam etdirmək, savadlı həkim olmaqdır.
Qısa bir müddətdə bu balaca qızcığaz bizim də sevgimizi qazandı. Biz də "İstedadlar.biz" redaksiyasi adından ona uğurlar arzulayırıq və valideynlərinə bu cür övlad yetişdirdiklərinə görə minnətdarlığımızı bildiririk!

Комментариев нет:

Отправить комментарий