elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 января 2017 г.

Mənsimli Həsən Samir oğlu

Mənsimli Həsən Samir oğlu 2007-ci il iyulun 15-də Lənkəran şəhərində anadan olmuşdur. Hazırda Elxan İsmayılov adına 253 saylı orta məktəbin IV sinif şagirdidir. Dərslərini əla oxuyur. Ən çox sevdiyi fənlər ingilis dili, ana dili və riyaziyyatdır.
Həsən uşaq bağçasında tərbiyə aldığı dövrdə bayram şənliklərində fəal iştirak edib, Kosa, Ayı və s. rolları canlandırıb.
Məktəbdə isə vətənlə bağlı tədbirdə əsgər rolunu oynayıb. Bundan əlavə Həsən həm də dərs əlaçısıdır. Məktəbə qədəm qoyduğu ilk gündən indiyə kimi daim məsuliyyəti, dərsə hazırlığı ilə həmyaşıdlarından seçilib.
Müəlliminin istedadlı , seçilmiş yeniyetmə kimi uğurlarının saytda və kitabda dərc olunması üçün adını məsləhət görməsi ilk uğurlarından biridir.
Həyatda müəllim və validyenlərinə oxşamaq istərdi. Ən böyük arzusu yüksək pillələrə qalxmaqdır.
Hələki istədiyi peşəni seçməsə də, dövlətinə xeyirli vətəndaş olması arzusundadır.
Asudə vaxtlarında futbol oynayır.

Ali məktəbə daxil olmaq, hərbi xidmətə gedib Vətənini qorumaq, daha sonra işləyib xalqına xidmət etmək ən böyük istəklərindəndir.

Комментариев нет:

Отправить комментарий