elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 января 2017 г.

Salmanova Gülarə Saleh qızı

Salmanova Gülarə Saleh qızı 4 dekabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Rəfail Hüseynov adına 49 saylı intellekt lisey məktəbində təhsil alır.Dərs əlaçısıdır, sevdiyi fənləri riyaziyyat və tarixdir.Mütamadi olaraq məktəb nəzdində keçirilən bütün tədbirlərdə  öz rəsmləri ilə fəal iştirak edib, balaca rəssam öz fırçası ilə vətənimizin atributlarını və bayramlarımızı tərənnüm etmişdir və həmişə uğurları ilə ailəsini sevindirmiş müəllimlərinin nümünəvi şagirdi kimi yaddaşlarda qalmağı bacarmışdır.10 dekabr tarixində Mən və hüquqlarım adlı sərgidə 3-cü yerlə təltif edilmişdir və həmin gün həyatının ən yadda qalan günü olmuşdur.Əldə etdiyi naliyyətlərə görə valideyinlərinə və müəllimlərinə çox minnətdardır.Özünü Henri Malisseye bənzədir.Bacarıqlı rəssam olmaq  və vətənimizi xaricdə təmsil etmək istəyir.Ən böyük hədəfi rəssam olmaqdır.Asudə vaxtlarında rəsm çəkir və vaxt olanda muzeylərə gedir, eyni zamanda şeir demeyi də çox sevir.Rəssamlıq Akademiyasının məzunu olmaq istəyir.Öz rəsm əsərləri ilə tarixin yaddaşında qalmaq istəyir.2014-cü ildə elim və təhsil qəzetində Gülarə haqqında məqalə yazılıb və inter.az kanalında Bayraq gününə həsr edilmiş tədbirlə bağlı müsahibəsi olub.Valideyinlərinin sözlərinə görə sakit və mülayim uşaq olub bütün balaca qızlar kimi gəlinciklə oynayıb, ancaq uşaq vaxtdan rəsmə marağı olub. 4 yaşından saymağı bilirdi anası tərəfindən öyrədilmişdir, 4 yasından rəsm dərnəyinə yazılıb və 5 yaşından sərgilərdə iştirak edib Gülarənin uğurlarında anasının əziyyəti çoxdur.


Комментариев нет:

Отправить комментарий