elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 января 2017 г.

Hümbətli Firuzə Vüqar qızı

Övladın xoş sorağını duymaq, onun haqqında xoş sözlәr eşitmәk hər bir valideyn üçün әn böyük sevincdir. Axı valideyn bir növ bağbana bәnzәyir. Bağban da öz zәhmәtinin bәhrәsini görәndә sevinir.
Elәcә dә hәr bir valideyn uşağının uğurlarını eşidәndә, müvәffәqiyyәtlәrini görәndә qürur hissi keçirir. Firuzənin dә valideynlәri artıq o hissi keçirirlәr. Artıq o, sözün әsl mәnasında valideynlәrinә layiq övlad olmuşdur.
Firuzə Vüqar qızı Hümbәtli 2010-cu il fevralın 7-dә Bakı şәhәrindә anadan olmuşdur.
Hәlә kiçik yaşlarında yaşıdlarından fәrqli uşaq olub. Yaşının az olmasına baxmayaraq şeirlәr, mahnılar oxumağı bilirdi. Böyüklәr qarşısında sәhnәciklәr qurmaqla hamının diqqәtini özünә cәlb edirdi. Mәktәbә gedәnә qәdәr 100-ә kimi saymağı vә hesab әmәllәrini öyrәnmişdi. Firuzә qızımız 3 yaşında sözlәri düzgün tәlәffüz etmәklə bərabər 20-ə yaxın şeir bilirdi.
Artıq mәktәbә tam hazır olan Firuzә 2016-cı ilin 15 sentyabrında ilk dəfə mәktәbә qәdәm qoyub. İlk tәhsilini 91 №li mәktәbdә alıb. Hazırda hәmin məktəbin "1a" sinfində tәhsilini davam etdirir.
Dərslərini әla qiymәtlәrlә oxuyan Firuzәnin әn çox sevdiyi fәnlәr riyaziyyat, ingilis dili, musiqi və rəsmdir.
Sinif rəhbərini çox sevәn Firuzә balamız qeyd edir ki, Məsmayə müəllimin onun üzәrindә әmәyi çoxdur. Dәrslәrini yaxşı oxumaqda ona çox kömәklik edir. Məktəblәrində keçirilən "Yol hərəkəti qaydaları" adlı tədbirdə həm rəqs edib, həm də "İşıqforla yolu düzgün keçək" səhnəciyində iştirakçı olub. Bundan başqa "Xəzri" rəqs qrupunun da üzvüdür. Həmrəylik günü və yeni il münasibətilə təşkil olunmuş "Şaxta babanın sərgüzəştləri" adlı şənliklərdə rəqs etməyi çox maraqla qarşılanmışdır. Firuzә fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. Nailiyyәtlәrinә görә valideynlərinə və çox sevdiyi sinif rəhbəri Məsmayə xanıma özünü borclu bilir.
Gələcəkdə hansı sənətin sahibi olmağına hələ ki, qərar vermәyib. Valideynləri vә nənə-babası kimi savadlı və yüksək təhsilli biri olmaq istəyir. Əsas məqsədi dərslərini yaxşı oxumaq və seçəcəyi sənət üzrə zirvələrə qalxmaqdır.
Asudə vaxtlarında şəkil çəkməyi, məntiq oyunları oynamağı, qardaşı ilә vaxtını keçirir. Valideynləri ilə gəzintiyə çıxmağı və teatra getməyi xoşlayır.

Biz dә Firuzә qızımıza redaksiyamız adından uğur vә nailiyyәtlәr arzu edirik. Uğurların bol, yolun açıq olsun, Firuzә!

Комментариев нет:

Отправить комментарий