elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 января 2017 г.

Məmmədli Aysel Asif qızı


Məmmədli Aysel Asif qızı 9 may 1996-cı ildə Tərtər rayonunda anadan olub. 192 saylı məktəbdə təhsil alıb. Hazırda isə ADRA-da Memarlıq və dizayner fakültəsində təhsil alır. Aysel bu günə kimi bir çox tədbirlərdə, sərgilərdə və fashion shovlarda iştirak edib fəxri fərmallar ilə təltif edilib.Əldə etdiyi uğurlarına görə öncə ailəsinə və sonra isə müəllimlərinə xüsusəndə rəsm müəlliməsi olan Nərmin Hümbətovaya minnətdar olduğunu deyir. İşini çox sevən Aysel bu sənəti irəli aparıb savadlı dizayner rəssam-modelyer olmaq və uğurlarını davam etdirmək istəyir. 
Boş vaxtlarında sərgilərə gedir və digər rəssamların yaradıcılığına baxıb nələrisə öyrənməyə çalışır. Bunu həm öz peşəsinə vurğun biri kimi edir, həm də öyrənməyə həvəsi olan bir rəssam kimi. 
Tarixin yaddaşında öz əsərləri ilə qalmaq istəyir. Valideyinləri Ayselin uşaq vaxtdan ağıllı, bacarıqlı uşaq olduğunu və yazıb-oxumağa çox marağı olduğunu eyni zamanda rəsmə daha çox maraq göstərdiyini deyirlər.

Biz də Ayselə gələcək koryerasında uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий