elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 января 2017 г.

Əlişova Aysel Hikmət qızı

Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Əlişova Aysel Hikmət qızıdır. Aysel 12 noyabr 2003-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəlikdə şirin uşaq olub, onun uşaqlığı çox maraqlı keçib. Cizgi filmlərinə baxmaq, topla oynamaq, şəkil çəkmək, oyuncaq hissələrlə ev və başqa tikililər quraşdırmaq onun ən maraqlı məşğuliyyəti olub. Çoxlu dostları olan Ayseli bağça müəllimlərinin apardığı əyləncəli oyunlar, kiçik dostları ilə keçirdiyi vaxt çox cəlb edirdi. 3 yaşından dərnəklərə getməyə başlayan qəhrəmanımız orada keçirilən bayram tədbirlərində, tamaşalarda rollar alırdı. Aysel balamız bu dərnəklərdə eyni zamanda hərfləri, rəqəmləri öyrənirdi.
Yazıb-oxumağı isə ona babaları sevdirmişdir. Ağıllı hərəkətləri, məntiqli fikirləri, dəqiqliyi Ayseli başqa uşaqlardan fərqləndirirdi. Mərhəmətlidir, heç kimin narahat olmağını istəmir. Bəlkə elə buna görədir ki, o həkim olmaq ar­zusu ilə yaşayır, ya da Elçin ba­basının Ayseli həkim görmək arzusu onda bu istəyi oyadıb.
Aysel orta təhsilə 132-134 saylı Beynəlxalq Təhsil Kompleksində başlayıb. Hazırda təhsilini “İdrak” liseyində davam etdirir. Əlaçıdır, bütün fənləri eyni dərəcədə sevir. Riyaziyyat, tarix, biologiya, coğrafiya, ana dili fənlərinə xüsusi marağı və həvəsi var.
Aysel məktəblərində keçirilən bayram şənlikləri, tanınmış şəxslərin yubileyləri, dahi şair və yazıçılarımızın anım günlərində fəal iştirak edir, şeir deməyi sevir. Onun əldə etdiyi nailiyyətlərdə II sinifdən bəri sinif rəhbəri olan Natəvan Abdullayevanın danılmaz zəhməti var.
Ayselin yaşı az da olsa, uğurları çox olub. Buna görə valideynlərinə minnətdardır. Aysel idmanı çox sevir, asudə vaxtlarında üzgüçülük hovuzuna gedir.
Ayselin arzuları böyükdür. O peşəkar həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq istəyir. 13 yaşlı Aysel yaşının azlığından dolayı peşə seçimində qəti qərara gəlmədiyi üçün bəzən memar olmağı da düşünür. Bunun üçün oxumalı və çoxlu çalışmalı olduğunu da bilir. İnanır ki, məqsədinə nail olacaq.
Onun fikrincə bütün sənətlərdən və peşələrdən ali bir peşə var - vətəndaş olmaq. Aysel həm də gözəl Azərbaycanın layiqli vətəndaşı olmaq istəyir.

Комментариев нет:

Отправить комментарий