elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Aylin Nüsrәddin qzı Babayeva

Bir qism insanlara isdedad vә qabiliyyәt irsi keçir. Aylinlә tanışlıqdan sonra biz buna qәti әmin olduq.
Aylin Nüsrәddin qzı Babayeva 30 mart 2004-ci ildә Bakı şәhәrindә dünyaya göz açıb. Aylin çox fəal vә şәn uşaqdır. Hamıyla tez ünsiyyәt tapır. Aylin kiçik yaşlarından rәqs etmәyi çox xoşlayırdı. 5 yaşından hazırlığa getmәyә başladı. Orada yazıb-oxumağı öyrәndi. 8 yaşında basketbolla mәşğul oldu. Bir neçә ildәn sonra Aylində karateyә hәvәs oyandı. Onda bu hәvәsi atası oyatdı.
İlk tәhsilә İdrak liseyindә başlamışdır. Hazırda da hәmin liseydә tәhsilinә davam edir. Dərslәrini әla qiymәtlәrlә oxuyur. Әn çox sevdiyi fәnlәr cografiya, riyyaziyat, ingilis dilidir. Mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә fəal iştirak edib. Onun uğurlar əldə etməsində Natavan müəllimin xüsusi zəhməti var.
Bir il alman dili öyrənmək üçün müntәzәm olaraq kursa gedib və sertifikat alıb. Aylin deyir ki, әldә etdiyi nailliyәtlәrә görә özünü valideynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Valideynlәrinә oxşamaq istәyir.
Gəlәcәkdә savadlı iqtisadçı olmaq istәyir.
Asudә vaxtlarında musiqiyә qulaq asır vә karate ilә mәşğul olur. 5 il rәqsә gedib. Rəqs də onun asudə vaxtında məşğul olduğu sevimli işidir.
Aylin gәlәcәklә bağlı planlarının nə olduğuna belə cavab verdi: “Bacım kimi başqa ölkәdә tәhsilimi davam etdirmək istəyirəm. Vәtәnә layiqli övladlardan olacağıma inanıram”.
Uğurların bol, yolun açıq olsun, Aylin. 

Комментариев нет:

Отправить комментарий