elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 января 2017 г.

Şərifli Leyla Pərviz qızı

Şərifli Leyla Pərviz qızı 1 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olub. Leyla körpəlikdə çox aktiv uşaq olub. On aylıq olarkən yeriməyə başlayıb. Artıq üç yaşı olanda məharətlə və dəqiqliklə şəkilləri rəngləməyə başlayıb. Elə həmin vaxtdan da rəqsə böyük maraq göstərib. Beləliklə də böyük bacısı ilə birgə Qurban Abbasov adına Mədəniyyət Sarayına, milli rəqs bölməsinə getməyə başlayıb. Rəqsi çox böyük həvəslə mənimsəyib və müxtəlif tədbirlərdə çıxış etməyə başlayıb. Onun təhsilə marağı elə uşaq yaşlarından gözə çarpırdı.
Leyla hazırda Qaraçuxur qəsəbəsindəki Nazim Rəfiyev adına 104 saylı tam orta məktəbin X sinfində təhsil alır. Hər il məktəbi əla qiymətlərlə başa vurur. Bütün fənnləri çox sevir. Ən sevdiyi fənnlərsə həndəsə, cəbr, fizika və tarixdir.
Məktəbdə keçirilən əksər tədbirlərdə iştirak edib və riyaziyyat üzrə bilik yarışında ikinci yeri qazanıb.
Leyla üçün ən yaddaqalan gün V sinifdə oxuyarkən əlaçı olması səbəbiylə sinif rəhbəri tərəfindən hədiyyələndirildiyi gündür. Sinif rəhbəri Sülhəddin Allahverdiyev dediyinə görə Leyla onun sağ əlidi.
Leyla əldə etdiyi uğurlara görə müəllimlərinə, valideynlərinə və xüsusən də sinif rəhbərinə minnətdardır.
Uşaqlıqdan Leylanın arzusu cərrah olmaqdır. O, beyin cərrahı olub, xəstələrə şəfa vermək və xeyriyyəçi olmaq arzusundadır.
Leyla böyük bacısıyla birgə boş vaxtlarında bədii kitab oxumağı da xoşlayır. Oxuyub bitirdikdən sonra bacısıyla həmin əsəri müzakirə də edirlər. Özlərinə məxsus münasibət bildirirlər. O, həm də musiqi dinləməyi və maraqlı məlumatlar toplamağı da xoşlayır.
O, incəsənətin təsviri incəsənət növünü çox sevir. Çünki rəsm çəkmək onun hobbisidir.
Leyla gələcəkdə böyük xeyriyyəçi olub uşaq evi açdırmaq və onlara qayğı göstərmək istəyir. Həkim olduqdan sonra isə ən savadlı həkimləri bir araya toplayıb, yeni bir xəstəxana açmaq arzusundadır. Onun gələcəklə bağlı planları lap çoxdu. Təhsilini Almaniyada davam etdirmək istəyir. Təbabətin sirrlərini öyrənib bu sahənin lap dərin qatlarına getmək istəyir. Bu sahədə müdafiə edib alim, akademik olmaq arzusundadır.
Leyla rəqs edərkən onu bir sıra konsertlərdə televiziya kanalları çəkib ictimaiyyətə göstərib.
O, hər zaman valideynlərinin və müəllimlərinin başını ucaltmağa çalışır. Vətəninə, millətinə xeyirli vətəndaş olmaq istəyir.

Uğurların bol olsun cərrah xanım!

1 комментарий: