elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Hüseynova Nigar Kamran qızı

Hüseynova Nigar Kamran qızı 06.02.2007-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.  Nigar  körpəlikdə sakit və çox maraqlı uşaq olub. O, oyuncaqları ilə oynamağı, rəsm boyamağı çox sevirdi.  Təkliyi sevmir, ətrafında həmişə uşaqların olmasına çox sevinərdi. Ətrafı tərəfindən çox sevilən, qohum və qonşuların sevimlisi idi. Nigar  məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona anası öyrətmişdir.  Məktəbi əla qiymətlərlə oxuyur.
 Nigar 62 saylı orta məktəbin şagirdidir. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər tarix, Azərbaycan dili və ingilis dilidir.

Nigar   məktəbinin əksər tədbirlərində və məktəbdə keçirilən bayram və tədbirlərdə fəal iştirak edir.  O,    əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir  Gələcəkdə  Müəllimə  olmaq   istəyir.Nigar   asudə vaxtlarında   musiqi dinləməyi və kitab oxumağı çox sevir. Bədii ədəbiyyatda tarixi əsərlərə, eyni zamanda dünya klassik musiqisinə qulaq asmağı çox sevir. Əsas arzuları yaxşı  müəllim olmaqdır.

Комментариев нет:

Отправить комментарий