elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Əliyeva Nərmin Tahir qızı

Əliyeva Nərmin Tahir qızı 9 yanvar 2004-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıq dövrü çox maraqlı keçmişdir. Üç yaşına kimi çox sakit, lakin diqqətli bir qızcığaz olmuşdur. Bir az böyüdükdən sonra ətrafda gördükləri ilə maraqlanmış və tez-tez suallar verməyə başlamışdır. Üç yaşında “Bacarıqlı əllər” dərnəyində iştirak etmiş, dörd yaşında məktəbəqədər hazırlıq kurslarına getmişdir.
I sinfi Bakı şəhər 60 №-li orta məktəbdə, sonra N. Tusi adına liseydə oxumuş, hazırda isə İdrak liseyin VII sinfində təhsilini davam etdirir. Oxuduğu illər ərzində dərslərindən aşağı qiymət almayıb. Həmişə dərs əlaçısı olmuşdur. İngilis və alman dillərini mükəmməl öyrənməyə böyük həvəs göstərir, hər iki dil üzrə müxtəlif kursların dinləyicisi olub. 2015-ci ildə Almaniya Federativ Respublikasının Landsxut şəhərində keçirilən kurslarda iştirak etmək üçün dəvət almış, onun dinləyicisi olmuş və yekunda diplomla təltif edilmişdir. Ədəbiyyat, biologiya və kimya fənlərinə böyük maraq göstərir. Rus, ingilis və alman dillərində inşa yazmağı çox xoşlayır. Hələ ibtidai sinifdə oxuduğu zaman sinif rəhbəri Natəvan Abdullayevanın zəhməti sayəsində musiqiyə böyük həvəsi yaranmışdır.
Nərmin balaca uşaqları çox sevir və onlara böyük məhəbbəti var. Bəlkə elə buna görədir ki, o, uşaq həkimi olmaq arzusundadır. Onun әn böyük arzusu orta mәktәbi müvəffəqiyyətlə bitirmәk vә istədiyi ali mәktәbә daxil olmaqdır.

Комментариев нет:

Отправить комментарий