elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

11 января 2017 г.

Nərmin Fərhad qızı Rəfiyeva

Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də Nərmin Fərhad qızı Rəfiyevadır. Nərmin 21 iyun 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur Nərmin məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunu valideynlərinin köməyi ilə öyrənib. Musiqiçi ailəsində göz açdığı üçün onda musiqiyə maraq hələ erkən yaşlarından oyanmış və artıq altı yaşında musiqiçi olmaq qərarına gəlmişdir. Hələ musiqi məktəbinə getməzdən əvvəl valideynləri Nərminin musiqiyə olan marağını, musiqi duyumunu hiss etmiş, 4 yaşında ikən “Cücələrim” mahnısını pianoda ifa etməyi öyrənmişdir. 6 yaşında “Bayatı Şiraz” muğamından bir parça ifa etməyi öyrənmişdir.
 Nərmin ilk təhsilini Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə almışdır. Hazırda həmin məktəbin VII sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, ədəbiyyat, musiqi, coğrafiya və rəsmdir.
Nərmin bəstəkarların yaradıcılığına həsr olunmuş konsertlərdə, bayram tədbirlərində skripkada ifa etmişdir. O, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin respublika musabiqəsində uğurlu çıxışına görə fəxri fərmanla təltif olunmuşdur. Nərmin müsabiqədə iştirak etdiyi günü ən uğurlu gün sayır. O, əldə etdiyi uğurlarına və nailiyyətlərinə özünü müəllimlərinə və valideynlərinə borclu olduğunu hesab edir.
Nərmin asudə vaxtlarında skripkada yeni əsərlər öyrənib ifa etməklə, rəsm çəkməklə məşğul olur.
 O, dünya şöhrətli musiqiçilərə oxşamaq istəyir. Nərmin fəaliyyəti ilə bağlı yüksək zirvələrə qədər yüksəlməyi hədəfləmişdir. Gələcəkdə gözəl və savadlı musiqiçi olmaq istəyir. Nərmin hazırda 7 illik musiqi məktəbini bitirmişdir və gələcəkdə musiqi təhsilini davam etdirməyi düşünür. Nərmin tarixin yaddaşında yaşamaq istəyir və bunun üçün musiqi təhsilini davam etdirib yaradıcılıqla məşğul olmağı arzulayır.
 Arzusu, məqsədi böyük olan Nərminə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.


Комментариев нет:

Отправить комментарий