elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 января 2017 г.

Eminli Leyla Elbrus qızı

Eminli Leyla Elbrus qızı 30 oktyabr 2010-cu ildə Göyçay şəhərində dünyaya göz açıb. Hazırda Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur. Əslində bütün fənləri sevir, amma ən çox sevdiyi fənn riyaziyyatdır. Hələ uşaq bağçasında tərbiyə alarkən müəllimi onu Göycayda keçirilən Nar bayramına aparmışdı və bu tədbirdə Leyla şeir söyləmişdi. Daha sonra Heydər Əliyevin doğum günündə rayonlarında təşkil olunan tədbirdə də iştirak etmiş və şeir söyləmişdir.
Bu il keçirilən yeni il şənliyində də fəal iştirak etmişdir. Həyatında hələ ki ən uğurlu günü məktəbə getmək üçün verdiyi imtahandan uğurla keçdiyi gündür. Göycay şəhəri üzrə 5 yaşlılar arasında ən yuksək balı Leyla toplamışdı.
Əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminә borcludu.
Gələcəkdə ibtidai sinif muəllimi olmaq və bu işdə uğur qazanmaq istəyir. Bu fikrə məktəbə getdikdən sonra düşüb və bu sənətə marağı onda Kəmalə müəllim oyadıb.
Asudə vaxtlarında şəkil çəkir, nağıl kitabları oxuyur. Rəsm çəkməyi daha çox xoşlayır. Gələcək planlarını həyata keçirə bilmək üçün yaxşı oxumalı olduğunu, valideynlərinin və müәllimlәrinin ona göstərdiyi yolla düzgün addımlamalı olduğunu dərk edir.
Tarixin yaddaşında qalmaq üçün ali təhsil almalı, öz işində uğur qazanmalıdır. Vətəninə dövlətinə layiqli övlad olmalı olduğunu düşünür.

Biz dә redaksiyamız adından Leylaya uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий