elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Abbasov Rafiq Mübariz oğlu 22 may 2004-cü ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. Rafiq məktəbə gedənə qədər yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilirdi. Bütün bunları ona anası Yadigar xanım öyrətmişdir. Rafiq dərslərini çox yaxşı oxuyur və ən çox sevdiyi fənlər tarix, biologiya, ingilis dili və riyaziyyatdır.
Rafiq ilk təhsilini Sumqayıt şəhəri 16 saylı məktəbdə alıb. O, bir çox olimpiadalarda və şeir müsabiqələrində iştirak edib və bir çox fəxri fərmanlarla təltif olunub. 2014-cü ildə Bilik tədris mərkəzinin sınaq imtahanından yüksək nəticə göstərdiyinə görə, 2012/2013-cü tədris ilində dərslərini əla qiymətlə bitirdiyinə görə fəxri fərmanla təltif olunmuşdur.
 Rafiq gələcəyə çox böyük ümidlər bəsləyir və onun gələcəklə bağlı maraqlı planları var. Rafiqin ən böyuk arzusu ali təhsilini Oksford universitetində almaqdır. Əsas hədəfi hakim olmaqdır. ”Mən başqa ölkədə təhsil alaramsa, universiteti qutardıqdan sonra yenə Azərbaycana qayıdacam və hakim olacam” deyən Rafiqin nə qədər vətənpərvər biri olduğunu, vətəni, xalqı necə sevdiyini göstərir. Rafiq 5 yaşından hakim olmağı arzulayır.
Asudə vaxtlarında üzgüçülüklə məşğul olur, oyun oynamağı və televiziyaya baxmağı sevir. Futbol həvəskarı olan Rafiq “Real Madrid” azerkeşidir. Bundan başqa Rafiq bəzən şifahi ifadə edə bilmədiklərini yazıya alır. Rafiq bədii əsərlər oxuyur. Aşağıdakı şeir nümunəsi Rafiqin duyğularının dilidir.
Payız
 Payız gəlir, əsir külək.
 Düşür yerə qızıl yarpaq.
 Xəzəl olur gül, çiçək.
 Qızıl rəngə dönür yarpaq.

 Yağış yağır narın-narın,
 Almaları yuyur bağda.
 Alov kimi rəngi sarı
 Şölə saçır hər budaqda.

Комментариев нет:

Отправить комментарий