elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 февраля 2017 г.

Abdullayeva Məryəm Rüstәm qızı

Azәrbaycanın seçilәn gәnc istedadlarından biri dә Mәryәmdir. Abdullayeva Məryəm Rüstәm qızı 16 iyun 2004-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Mәryәm körpәlikdә diqqәtli, hәr şeyә diqqәtlә nәzәr salan uşaq olub. Xoşladığı mәş­ğuliyyәtlәri rәsm çәkmәk, di­zayn yaratmaq, evdarlıqla mәş­ğul olmaq idi. Kiçik qa­zanları qoyub yemәk, şirniyyat bişirir, ya da gәlinciklәrinin paltarların yuyub ütülәyirdi. 
Mәryәm mәktәbә gedәnә qәdәr oxumağı-yazmağı bilirdi. Hәrflәri tanıyırdı, hecalayıb oxuyurdu. Uşaq bağçasına getdiyi müddәtdә onda istedadıyla bağlı maraq hiss etdik. Artıq Mәryәm mәktәbә tam hazır idi. 
Orta təhsilə Tahir Hәsәnov adına 23 №li mәktәbdә başla­yan Məryəm hazırda hәmin mәktәb­də tәhsilin davam etdirir. I sinif­dәn dәrs әlaçısı olan istedadlı qızımız Mәryәmin, әn çox sevdiyi fәnlәr Azәrbaycan dili, çünki bu bizim dövlәt dilmizdir, sonra isә rus dili, ingilis dili, tarix, musiqi, riyaziyyat, rәsm, fizika, kimyadır. Mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә fәal iştirak edib. "20 Yanvar" faciəsinə, Novruz bayramına həsr edilən tәdbirlərdә özünəməxsus rolu ilə yaddaşlarda qalıb. Ulu öndәr Heydәr Әliyevin doğum günü, anım günü mәrasimlәrindә fәal iştirak edib. Әldә etdiyi uğurlarına görә valdeynlәrinә, ailәlәrinin üzvü olan Gülaya xanıma, Azәrbaycan dili vә ingilis dili müәlliminә minnәtarlığını bildirir. Özünә bәnzәmәk istәyәn Mәryәm deyir ki, mәn öz üzәrimdә işlәyәn şagirdәm. Çalışıram ki, müәy­yәn zirvәyә, pillәyә yüksәlim. Bu mәnim arzumdur. 
Asudә vaxtlarında rәsm çәkir, musiqi ilә mәşğul olur, ev işlәrindә valideynlәrinә kömәk edir. Azәrbaycan xalqına layiqli övlad olmaq istәyir. Mәn prezdentimizin Ali Baş komandan İlham Әliyevin siyasәtinә, gücünә inanıram – deyir Məryəm. 
Tarixin yaddaşında qalmaq üçün yaxşı mükəmməl təhsilə yiyələnib vәtәnimizә layiqli bir övlad olacağına inanır. Biz dә, Mәryәm balaya bu sahәdә uğurlar arzu edirik. 

Комментариев нет:

Отправить комментарий