elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Akşin Natiq oğlu Quluzadə

Akşin Natiq oğlu Quluzadə 7 yanvar 2006-ci ildə Bakı şəhərində anadan olub. Haqqında söhbət açacağımız Akşin körpəlikdən sakit, ağıllı uşaq olub. Şəkilli kitabları çox sevib. Futbol oynamağı bacarır. Bağçaya gedib. Orada şeirlər, mahnılar öyrənib. Bunu ona Şövkət müəllim və Cəvahir müəllim öyrət­mişdir. 4 yaşından şəkil çəkməyə başlayıb. Qardaşı ilə birgə Uşaq-Gənclər Ya­radıcılıq Mərkəzinə rəqs dərnəyinə gedirdi. Bununla yanaşı nağara kurslarına, rəsmə yazıldı. Rəsm müəl­limi Eleanora xanıma minnət­tardır. 
Səbail rayonu 91 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiy­mət­lərlə oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, tarix və riyaziyyatdır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Dəfələrlə fəxri fərmanla təltif olunub. Əldə etdiyi uğur­lara görə Məsmayə müəllimə, qardaşı Farizə borclu oldu­ğunu deyir. Onlara bənzəmək istəyir. 
Gələcəkdə memar-dizayner olmaq istəyir. İnsanların rahat yaşamaları üçün rahat evlər, parklar, yollar tikmək istəyir. 
Asudə vaxtlarında futbol oynayır, kompüterdə məşğul olur, fleyta çalır. Musiqi və rəsmlə məşğul olmaq ona xüsusi zövq verir. 
Biz də redaksiyamız adından Akşinə uğurlar arzu edirik. 

Комментариев нет:

Отправить комментарий