elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Hüseynov Raul Nәsir oğlu

Azәrbaycanımız istedadlar diyarıdır. Oxuyacağınız mәqalәdә belə fəallardan biri-Raulun barəsində danışmaq istəyirik. Raul körpəlikdən çox aktiv, hәr şeylə maraqlanan vә yaradıcı bir uşaq olub. Öz yaşıdlarıyla oynamağı çox sevib. Velosiped sürmәyə ve futbol oynamağa çox həvəsli olub. Balaca vaxtlarından planetlər haqda maraqlanıb, dinozavrlar barədə öyrənib. Şahmat da onun maraq dairəsinə daxil olan məşğuliyyətlərdən olub. Ən çox meylləndiyi sahə isә rәsm çәkmәk idi.
Raul üç yaşında olarkәn bütün hәrflәri tanıyır vә rәnglәmәyi bacarırdı.
Bu marağın formalaşmasında anasının rolu böyük olub.Bu maraq gәlәcәk illәrdә böyük bir istedadın aşkara çıxmasına sәbәb oldu.
Hüseynov Raul Nәsir oğlu 28 oktyabr 2005- ci ildə Bakı şәhәrindә anadan olub. 2010-cu ildə 132-134 saylı Tәhsil Kompleksində təhsil almağa başlayıb vә hazirda hәmin mәktәbin 6 -ci sinfində tәhsilini davam etdirir. 1-ci sinifdәn 6-cı sinifә qәdәr bütün dәrslәrini әla oxuyub . Әn çox sevdiyi fәnlәr isə təsviri incəsənət, fizika, ingilis dili vә coğrafiyadır.
I sinifdәn etibarən sinifdə və məktəbdə keçirilәn bütün tәdbirlәrdә fәal iştirak edib.Raulun əsərləri məktəbin tədbirlərində sərgilənib.
Çәkdiyi rәsmlәrdən bir neçəsi 2014-2015- ci ildә mәktәbdә nümayiş olunub vә şәhәrdәki müsabiqәlәrә vә sәrgilәrə göndәrilib.
2014- cü ildə İçәri Şәhәrdə yerləşən “Ənәnәvi incәsәnәt mәrkәzi”ndә tәhsil alib. Bir qədər fasilə versə də,sonra yenə də tәhsilini davam etdirir.
Әn yadda qalan hadisә isә 2016- cı ilin iyun ayında Azərbaycan Diplomatik Akademiyasi tәrәfindәn tәşkil olan müsabiqәdә 1- ci yeri qazandığı gündür.
2016-cı ilin dekabr ayında hәmin universitetin tәşkil etdiyi müsabiqədә iştirak edib vә sertifikatla təltif olunub.
2017- ci ilin yanvar ayında Abşeron Rәsm Galereyasında təşkil olunan "20 Yanvar " Ümumxalq hüzn günü ilә bağlı keçirilən bir müsabiqәyә qatılmış vә sertifikata layiq görülmüşdür.
Әldə etdiyi bütün naliyyәtlәrinә görә valideynlәrinә, nәnə və babalarına ozunu borclu hesab edir. Raul deyir ki,onlar hər zaman ona dəstək olmuşlar.
Raul müәllimi Naibә xanıma da minnәtdarlığını bildirir.
Fәaliyәtindәn və bacarığından dolayı Ülviyyә xalasına oxşamaq,
onun kimi peşәkar bir rәssam olmaq istəyir.
Bacarığıyla әn yüksәk pillәlәri fәth etmәyi hədəf götürmüşdür .
Gələcəkdə məşhur memar olmaq vә Azərbaycanı bütün dünyaya tanıtdırmağı qarşısına mәqsәd qoymuşdur.
Asudә vaxtlarında rәsm çəkir. Ən çox çәkdiyi mövzular isә vәtәnpәrvәrlik vә tәbiәt təsvirləridir.
Rәssamlıqdan əlavә peşәkar futbol ilә də məşğul olur. “Qalatasaray futbol mәktәbi”ndә təhsil alır. Gәləcәkdә diplomlarını sayını artırmaq, daha çox uğurlara vә biliyә nail olmaq istәyir.
Qəhrəmanımız düşünür ki, tarixin yaddaşında qalmaq istәyirsә yaxşı oxumalı vә gələcəkdə insanların hüquqlarını qorumaqla vәtәnimizә sadiq övlad olduğunu təsdiqləməlidir.

Biz dә öz adımızdan gәlәcәyin memarına uğurlar arzulayırıq. Yolun açıq,şansın bol olsun, Raul!

Комментариев нет:

Отправить комментарий