elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Lәman Әliağa qızı Nurullayeva

 
Hazırda ölkәmizin bütün sahәlərində inkişaf hiss olunmaqdadır.Tәhsil sahәsindә isә xususi irәlilәmә müşahidә olunur. İndi bilik alәminә aparan yolların hamısı bütün mәktәblilәrin və tәlәbәlәrin üzünә açıqdır. Yüksәk səviyyədə tәhsil alan gәnclәrdәn biri dә Lәman qızımızdır. Lәman Әliağa qızı Nurullayeva 2005-ci il iyul ayının 15-dә Bakı şəhərində dünyaya göz açmışdır.
O, 2011-ci ildə 132-134 saylı Təhsil Kompleksinə qəbul olunub. Hazırda da hәmin liseydә tәhsil alır. Dәrs әlaçısı olan qızımız fransiz dilini çox sevir. Ləmanın ən çox sevdiyi fənlər isə biologiya, fransiz dili və azərbaycan tarixidir.
Qəhrəmanımız uşaqlıqdan rəqs etmәyi çox xoşlayırmış.Buna görə də valideynləri onu Latino-Amerikan rəqslərini öyrənmək üçün rəqs dərnəyinə yazdırmaq qərarına gəldilər.O, Ruslan Tolmaçevin rəhbərliyi ilə fəaliyyət göstərən “Buta Dance” rəqs məktəbinə daxil oldu.
2014-ci ilin noyabr ayında Tiflis şəhərində rəqs üzrə dünya cempionatı kecirilmişdir və həmin cempionatda Ləman iştirak etmiş və Azərbaycanı təmsil etmişdir.
Tiflis şəhərində 2016-ci ilin mart ayında kecirilmiş turnirdə onuncu yeri tutan Ləman həmin ilin son turnirində, Batumi şəhərində kecirilən yarışmada Azərbaycan Respublikasını layiqincə təmsil etmiş və 5-ci yeri qazanmışdı.
Lәman asudә vaxtlarında rәqs etmәyi, kitab oxumağı vә ailәsilә səmərəli zaman keçirmәyi çox sevir.
Әldә etdiyi bütün uğurlarına görә valdeynlәrinә vәәllimlәrinә minnətdarlığını bildirən balamız xüsusilə də Naibə müəlliməyə borclu olduğunu söyləyir.

Ləmanın zərif, kövrək addımlarının daha da möhkəmlənməsini,səhnədə əsil peşəkar olaraq çıxış etməsini arzulayırıq. Dünya birincisi olaraq vətənə qalibiyyət bəxş etməsi diləyilə yolun açıq,şansın bol olsun,Ləman bala, deyirik!

Комментариев нет:

Отправить комментарий