elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Əkbərov Həsən Asif oğlu 2008-ci il sentyabırın 17-də Bakı şəhərində dünyaya göz açıb. Suraxanı rayon Hövsan qəsəbəsi 270 saylı məktəbdə təhsil alır. Orta məktəbdə əlaçıdır. Ən sevimli fənni riyaziyyatdır.
 Körpəliyində çox sakit uşaq olub. Artıq iki yaşından əlifbanı, rəngləri bilirdi. Xoşladığı məşğuliyyət çizqi filmlərinə baxmaqdır. Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi. Altı yaşında olanda valideynləri onun şəkil çəkməyə həvəsini görürdülər. Tez-tez şəkillər çəkirdi. Çəkdiyi şəkillər elə birinci dəfədən yaxşı alınırdı. Bu istedadı Həsəndə görən valideynləri onu rəssam Gilan müəlimənin yanına apardılar. Müəllimə onun əl işlərini çox bəyəndi və onunla məşğul olmağa razılıq verdi. Bir çox sərgilərdə iştirak edib. Tarix muzeyində təşkil edilən güllərə aid sərgidə II yer tutub. Tarix muzeyində 20 Yanvar faciəsinə aid sərgidə iştirak edib. Meqafonda “Rəngbərəng” adlı sərgidə iştirak edib. Oradakı sərgidə onun cəkdiyi “Kulon” şəkli hamının diqqətini çəlb edib. Həmin şəkli Meqafona hədiyyə istədilər. Oxuduğu məktəbin özündə də dəfələrlə sərgidə iştirak edib. Diplomu, sertifikatı var. Əldə etdiyi nailiyyətlərə görə anasına minnətdar olduğunu bildirir. Rəssamlıq sənətində Leanardo Da Vinçiyə oxşamaq istəyir. Həyatda daim zirvələrə yüksəlmək barədə düşünür. Uşaqlıqdan polis olmaq istəyirdi. İndi isə böyük rəssam olmaq arzusu ilə yaşayır.

Asudə vaxtlarında şəkil çəkməklə məşğul olur. Portret çəkməyi çox sevir. Gələcəkdə portretlər, mənzərələr çəkmək istəyir. Düşünür ki, tarixin yaddaşında yaşamaq üçün ancaq gözəl və qiymətli şəkillər çəkməlidir. Həsən Tarix muzeyində keçirilən sərgidə iştirakı zamanı 20 Yanvar faciəsi ilə bağlı CBC kanalına müsahibə verib. 

Комментариев нет:

Отправить комментарий