elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Mәmmәdova Sәma Mәntiq qızı

Mәmmәdova Sәma Mәntiq qızı 28 yanvar 2004-cü ildə Sumqayıt şәhәrindә dünyaya göz açmışdır. Anası Leyli xanımın sözlәrinә görә, Sәma balacalıqda çox sakit, tәmizkar, sәliqәli, sözәbaxan qız olmuşdur. Kitab-dәftәrә, albom rәnglәmәyә marağı böyük olub. Adını atası qoyub, hәyatda adı kimi tәrtәmiz, göy üzü kimi gözәl olsun deyә bu adı seçib. Bağçaya getmәsә dә, mәktәbә gedənə qәdәr anası Sәmaya yazıb-oxumağı öyrәtmişdi. Qardaşı mәktәbli olduğuna görә Sәma qardaşından Azәrbaycan himnini, bir çox şeirləri öyrənmişdi. I sinfә Sumqayıt şәhәri 35 saylı mәktәbdә gedib vә hazırda hәmin mәktәbin VI sinfindә oxuyur. Sәma I sinfә getdikdә valideynlәri hiss ediblər ki, o, çox savadlı qızdır. Çünki evә gәləndә dәrslәrini başqalarının kömәyi olmadan özü hazırlayır vә bütün fənlərdən әla qiymәt alıb. Müәllimlәri Sәmadan çox razıdırlar. Sәma bütün fәnlәrә eyni münasibәt bәslәyir, hamısını eyni həvəs və maraqla oxuyur. O, әlaçı olduğuna görә fәxri fәrmanlarla tәltif olunub. Hәyatındakı uğurlarına görә özünü valideynlərinə və müәllimlәrinә borclu hiss edir.
 Sәmanın xarici dillәr öyrənməyə olan marağı onda xarici dil müәllimәsi olma istәyi yaradıb. O, ingilis dili müәllimi Sevil xanım kimi bir müәllim olmaq, ona oxşamaq istәyir.
 Boş vaxtlarında kitab oxumağı, yemәk bişirmәkdә anasına kömәk etmәyi, şәkil çәkmәyi çox sevir. Skripka çalmağı və mükəmməl rәsm çәkmәyi öyrәnmәk istәyir. Gәlәcәkdә orta mәkәbi әla qiymәtlәrlә bitirmәyi, Xarici Dillər Universitetinə qәbul olmaq, müәllimә vә ya tәrcümәçi ixtisasına yiyələnmək istәyir. Sәma hәyatda çox yüksәk zirvәlәrә ucalmaq istәyir. Hamının fәxr edәcәyi bir vәtәndaş, valideynlәrinә layiqli övlad olmaq arzusundadır.

 Biz dә ona uğurlar arzu edirik. 

Комментариев нет:

Отправить комментарий