elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 февраля 2017 г.

Balabəyov Mövla Ağasən oğlu

Balabəyov Mövla Ağasən oğlu 15 may 2010-cu ildə Bakı şəhərindә dünyaya göz açıb. Valideynləri Mövlanın ağıllı vә yaşıdlarından fәrqli uşaq olduğunu qeyd edirlәr. Mövla məktəbə getməzdən öncə hazırlıq kursuna gedib, yazıb-oxumağı çox səlis şəkildə bacarırdı. 6 №-li məktəb-liseyin şagirdidir. O, məktəb-liseyə imtahan verərək qəbul olub. Dərslərini sevərək və əla oxuyur, sevdiyi fənlər Azәrbaycan dili, riyaziyyat və rəsmdir. Mövla deyir ki, atası vә anası onun təhsili ilə çox məşğul olurlar.
Gәlәcәkdә ya rəssam, ya da babası kimi həkim olmaq istəyir.
Asudə vaxtlarında şəkil çəkir və nağıllara qulaq asır. Daha çox təbiət və heyvanlarla bağlı şəkil çəkməyә üstünlük verir.
2016-cı ildə 3 ay Bakı futbol klubunda futbol məşqlərində və üzgüçülüklə məşğul olub.
Mövla tarixin yaddaşında çәkdiyi rәsm әsәrlәri ilә vә savadlı hәkim kimi qalmaq istәyir. Gәlәcәk hәdəfi isә ali mәktәbә yüksәk nәticә ilә qәbul olmaq vә tәhsilini xaricdә davam etdirib vәtәnimizin adını daim ucaltmaqdır.

Biz dә “İstedadlar” redaksıyası olaraq Mövlaya uğurlar arzu edirik. 

Комментариев нет:

Отправить комментарий