elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Quliyev Fəxrəddin Cavid oğlu


Quliyev Fəxrəddin Cavid oğlu 5 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə hiperaktiv olub və hər şeyə diqqət yetirib. Bağçada yazıb-oxumağı öyrənən Fəxrəddin məktəbə gedərkən çox hazırlıqlı idi. Çoxlu şeirlər bilib, ingilis dilində xeyli söz ehtiyatı olub. 
Hazırda 132-134 saylı Təhsil Kompleksinin 6ç sinfində təhsil olan Fəxrəddin dərs əlaçısıdır. Aktiv oldu­ğundan məktəbin bütün tədbirlərində fəal iştirak edir. Bədii qiraəti çox sevir, buna görə də tədbirlərdə şeir söyləyir və aparıcılıq edir. İstedadına görə fəxri fərman və diplomla təltif edilib. 
Asudə vaxtlarında mü­ta­liə etməyi və musiqi din­lə­məyi çox sevir. O, gələcəkdə həkim olmaq arzusundadır. Beyin cərrahiyyyəsi kim çətin və məsuliyyətli bir işi həyata keçirərək insanların həyatını xilas etməyi planlaşdırıb. Müalicəsi müşkül olan bir xəstəliyə çarə tapmağı düşünən mütərəqqi düşüncəli qəhrəmanımız əldə etdiyi uğurla­rında müəllimlərinin və valideynlərinin rolunu yüksək qiymətləndirir. Ələlxüsus Mehriban müəllimə öz dərin minnətdarlığını bildirir. 
Ata-anası və müəllimləri ona uğur arzulayır, məktəbin adını uca tutmağı, ümidləri doğrultmağını istəyirlər. Biz də bu gözəl arzulara qoşularaq Gələcəyin həkiminə - Fəxrəddinə nailiyyətlər arzulayır və xoş sədanı eşidək deyirik. Şansın bol olsun!

Комментариев нет:

Отправить комментарий