elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 февраля 2017 г.

Ruslan Teymur oğlu Qurbanov

Erkən yaşlarından bu günә kimi ağlı vә fəallığı ilә seçilәn şagirdlərdən biri dә Ruslan Teymur oğlu Qurbanovdur. O, 2005-ci il sentyabrın 11-dә Bakı şәhәrindә anadan olmuşdur. Hәlә körpә yaşlarından aktiv, fәal, hәr işi öyrәnmәyә can atan uşaq kimi fərqlənmişdir. 
Bәzi uşaqların gәlәcәyinin nә qәdәr parlaq olacağını öncәdәn də görmәk olur. İdmanla məşğul olmağı çox sevən qəhrəmanımızın vali­deynlәri qeyd edir ki, o, yazıb-oxumağa çox meylli idi. Mәktәbә gedәnә qәdәr artıq sərbəst yaza, oxuya bilirdi. Tәhsil pillələrində ilk addım­larını 132-134 saylı Tәhsil Kompleksində atmağa başla­mışdır. Hazırda hәmin mәk­tәbin 6ә sinfində, rus böl­mә­sindә tәhsil alır. Dәrs­lərindә çox aktiv şagirddir. Әn çox sevdiyi fәnlәr isə riyaziy­yat, musiqi, informatika vә әdәbiyyatdır. Ruslan təhsil sahəsindəki nailiyyətlərinə görә müәllimi Sevinc xanıma vә fiziki tərbiyə fənnini tədris edən müәlliminә minnət­darlığını bildirir. 
Asudә vaxtlarında kitab oxumağı, riyaziyyat üzrə maraqlı və əyləncəli məsələləri həll etməyi, idmanla məşğul olmağı çox sevir. 
Digәr həmyaşıdları kimi onun da gәlәcәk üçün planları var. Gәlәcәkdә tanınmış idmançı olmaq istəyir. O, 4 yaşından bu fikrə düşüb. Әldә etdiyi uğurlarına görə ata-anasına özünü borclu hesab edir. 
Ruslan orta mәktәbi yüksәk qiymətlərlə bitirib, ali mәktәbә daxil olmağı qarşısına məqsəd kimi qoyub. Gәlәcәkdә uğurlu bir insan olaraq, vәtәninә layiqli övlad olmağı hədəfləyir. Biz dә kövrək qəlbli bu balamıza hәyat yollarında müvəffəqiyyət vә naliyyәtlәr arzu edirik. Qoy qəlbindəki arzuların uğurla həyata keçsin, Ruslan!

Комментариев нет:

Отправить комментарий