elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Əli Şahin oğlu Əliyev

Sizi Əli Şahin oğlu Əliyevlə tanış edək. Əli 16 iyun 2005-ci ildə Bakıda ziyalı bir ailədə dünyaya göz açıb. O, 2011-ci ildə 132-134 saylı Təhsil Kompleksinə gedib. Hazırda da həmin məktəbin VI sinif şagirdidir. 
Əli dərslərində yüksək fə­allıq göstərir və əlaçı adını ciddi məsuliyyətinə, əməyinə və əziyyətinə görə qazan­mış­dır. O, həmişə özünəməxsus təfəkkür tərzi ilə seçilib. Geniş dünyagörüşünə malik olduğundan çox maraqlı həmsöhbətdir. 
Əli öz həmyaşıdları ara­sında çox böyük hörmət qazanmışdır. O, çox etibarlı və səmimi dostdur. Balaca qəhrəmanımız hər zaman öz üzərində işləyir və biliyini artırmaq üçün mental arif­metika ilə məşğul olur. Eyni zamanda ingilis dili biliyini zənginləşdirmək üçün kursa gedir. Kompüterə marağı böyük olduğuna görə müxtəlif proqramlar yazır və onlar üzərində işləyir. O, Leopold və Mstislav Rostro­poviçlər adına Uşaq Musiqi Məktəbində gitara ixtisası üzrə təhsil alır. Sağlam həyat tərzi sürən Əli bir çoxlarına örnəkdir. Belə ki o, üzgüçülük və kikboksinqlə məşğul olur. 
Hər bir insan dünyaya gəldiyi zaman ona ilahi tərəfindən dəyərli və lazımlı nemətlər bəxş olunur. Ancaq bu keyfiyyətləri vaxtında üzə çıxarmaq, cəmiyyətimiz üçün yararlı şəxsiyyətlər yetişdirmək valideynlərin öhdəsinə düşür. Böyük istedada malik olan uşaqları erkən yaşından düzgün istiqamətləndirmək və onlara hərtərəfli kömək göstərmək lazımdır. Əlinin mənəvi inkişafı və yaradıcılığının tənzimlənməsi üçün istər cəmiyyətdə, istərsə də ailəsində münbit şərait yaradılıb. Biz də öz növbəmizdə gənc dostumuza uğur və müvəffəqiyyət arzu edirik. Uğurların bol, yolun açıq olsun!

Комментариев нет:

Отправить комментарий