elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Murad Kamran oğlu Rzayev

Murad Kamran oğlu Rzayev 2005-ci il mayın 23-dә Bakı şәhә­rindә anadan olmuşdur. İlk təhsilini 60 №li məktəbdə almış, II sinifdən təhsilini XXI Əsr məktəbində davam edib. Hazırda isә Xəzər Universitetinin “Dün­ya” məktəbində təhsilini da­vam edir. 
Dərslərini yaxşı oxuyur və demək olar ki, hər il sinif­lə­rində ən yaxşı şagird adnı qazanır. 
Murad uşaqlıqdan inkişaf edib. Beş yaşından oxumağa başlayıb. Bunu ona bağçada müəllimləri, evdə valdeyinlәri öyrәtmişdir. 
Əsas marağı texnikaya olub. Dükanda olanda həmişə yeni konstruktor hədiyyə istə­yərdi. I sinifdən kompüterə maraq göstәrib. Anası deyir ki, üç yaşından ona müxtәlif konstruktorlar alırdıq və o, onlari tez yiğırdı. Oxumağı öyrənəndən sonra mürəkkəb konstruktorların düzəldilmə qayda­sını özü oxuyub başa düşürdü. 
Murad riyaziyati çox sevir və misalları asanlıqla həll edir. O biri fənlərdən də əla qiymətlər alır. XXI Əsr məktəbində riyaziyyat və məntiq üzrə olimpiadalarda birincilər sırasinda olub və bütün illər ərzində şəkli əlaçılar lövhəsində olub. Sözsüz ki, onun nailiyyətlə­rində öz biliyindən başqa valideynlərin və müəllimlərin də böyük rolu var. 
Ən uğurlu hadisə yəqin ki, təzəlikcə baş verib. Murad riyaziyyat fənni üzrə şəhər olimpiadasında iştirak edərək III yeri qazanıb. Onun istedadının bəhrə verməsində sinif rəhbәri Nailə Ramazanova, riyaziyat müəllimi Gülər Әliyeva və valideynlərin əməyi danılmazdır. 
İndi hədəfdə daha yüksək nəticələr göstərməkdir. Uşaqlıqdan maraq və məqsədi texnika ilə məşğul olmaq və məşhur ixtiraçı alim olmaq olub. 
Asudə vaxtını kompüterlə, idmanla keçirir (aykido, üzgüçülük), yayda düşərgələrdə olmağı xoşlayir. 
Məktəbdən kənar dərnəklərə də gedir. Onlarin sırasında "Gənc bisnesmen" və "Engeneering for kids" uşaqlar üçün mü­həndislik kursla­rını qeyd et­mək olar. İndi də "Robotics" kursuna getməyə hazırlaşır. 
Gələ­cək plan­ları mək­təbi bitirdik­dən sonra Azərbaycanda və yaxud qabaqcıl xarici universitetlərin birində texniki fənlər üzrə təhsil almaq və ondan sonra öz fəaliyyəti və ixtiralari ilə özünü və Azərbaycanı məşhurlaşdırmaqdır. 
Xoşbәxtlik geniş anlyışdır. Hәr kәs onu bir cür başa düşür vә xoşbәxtliyi müәyyәn bir şeydә görür. Mәn dә hərdən öz xoşbәxt­liyim haqda düşünürәm. Görәsәn, mәn xoşbәxtәm? Fikirlәşirәm ki, bәli. Bunları düşünәn Murad deyir ki, әgәr әhatәmdә sevdiyim insanlar varsa xoşbәxtәm. 
Bunun üçün daima çalışmaq, әmәk sәrf etmәk, elimlә mәşğul olmaq, istedadını nümayiş etdirmәk vә qabiliyyәtli olmaq vacibdir. 
İstedadlı, zəhmətkeş, məqsədinə doğru bu cür qətiyyətlə irəlilə­yən qəhrəmanımıza biz də uğurlar arzulayırıq. Onun vətənimizin adını yüksəklərə qaldıracağı günü səbirsizliklə gözləyirik. Bu çәtin hәyat yolunda Murada bol şanslar diləyirik!

Комментариев нет:

Отправить комментарий