elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Kəmalә Elşәn qızı Məhərrəmova

Kəmalә Elşәn qızı Məhərrəmova 26 iyul 2005-ci ildə Bakı şəhərindә anadan olmuşdur. Ailənin üçüncü övladı olan Kəmalә körpәlikdәn sakit və ağıllı uşaq olub. İncəsənətin bütün sahələrinə meyilli uşaqdır. Kəmalәnin 3 yaşı olarkən yazıb-oxumağı valideynlәrindən öyrənib. 
Nəsimi rayonundakı Ta­hir Həsənov adına 23 №-li mәktәbdә tәhsil alır. Dәrslә­rini әla qiymәtlәrlә oxuyur. Әn çox sevdiyi fәnlәr tarix, coğrafiya, riyaziyyat, ingilis dili və alman dilidir. Mәk­tәbdә keçirilәn tәdbirlәrdә fəal iştirak edib. Milli rəqs festivalında uğurlu çıxışına görə diplom alıb. Əldə etdiyi uğurlara görә özünü vali­deyn­lərinә vә müәllimlәrinә borclu bilir. Kəmalә idealının valideynləri olduğunu deyir. Onlara bәnzәmәk istәyir. 
Kəmalənin sinif rəhbəri Nərminə Bağırova da onun barədə təqdirəlayiq fikirlər söylədi: Kəmalə sinfimizin ən fəal şagirdlərindən biridir. O həm təsildə, həm də təlim-tərbiyədə başqa həmyaşıdlarına nümunə ola biləcək bir yeniyetmədir. Sinfimizdə, məktəbdə keçirilən demək olar ki, bütün tədbirlərdə fəallıq göstərir. İctimai işlərdə, bilik yarışlarında, müsabiqələrdə iştirak etməyə daim can atır. Pedaqoji təcrübəm boyu bütün şagirdlərimizin məhz Kəmalə kimi olmasını arzula­mışam. Bir müəllim kimi onun parlaq gələcəyinə inanıram. Onun intellektual səviyyəsinə əsaslanaraq deyə bilərəm ki, seçəcəyi istə­nilən peşəyə mükəmməl yiyələnəcək və ölkəmiz üçün yararlı bir vətəndaş olacaq.
Asudә vaxtlarında rәsm çəkməklə, fransız dili öyrәnmәklә mәşğul olur.
Gәlәcәkdә həkim olmaq istəyir. Bu fikrə V sinifdə oxuyandan düşüb. Gәlәcәyin hәkiminә uğurlar arzulayırıq.

Комментариев нет:

Отправить комментарий