elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Seyidağa Qoşqar oğlu Musayev

Sizinlә tanış edәcәyimiz növbəti qәhrəmanımız Seyidağa Qoşqar oğlu Musayevdir. O, 2002-ci il, iyul ayının 20-dә Bakı şәhәrindә anadan olmuşdur.
Seyidağa körpәlikdә ağıllı, sakit, dәrin düşüncәyә malik biri olub. Erkən yaşlarından çox aktiv vә fәal olub.Mәktәbә gedәnә qәdәr oxuyub-yazmağı bacarıb.Demək olar ki, mәktәbә tam hazır olub.
İlk tәhsilini 132 №li orta mәktәbdә alan Seyidağa hazırda 132-134 saylı Tәhsil Kompleksindә tәhsilinә davam edir. Dәrslərində әlaçı, fәal olan Seyidağanın әn çox sevdiyi fәnlәr tarix, coğrafiya, ingilis dili, Azәrbycan dili, әdәbiyyat vә biologiyadır.
Seyidağa mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә iştirak etmiş , "Әlifba Bayramı”nda aparıcı, sonra isә ibtidai sinfi bitirərkən təşkil edilən tədbirdə rәqqas kimi çıxış etmişdir. Vә son olaraq 8-ci sinifdә oxuyarkәn "YAP"ın tәşkil etdiyi tәdbirdә fәal iştirakçı olmuşdur.
Әldә etdiyi uğurları çoxdur:
1-ci və 4-cü sinfi bitirәrkәn tәrifnamә әldә edib. Mövzu sınaq imtahanında 500 baldan yuxarı topladığına görә də tәrifnamә ilə təltif olunub. Bu uğurlarına görә valideynlәrinә vә müәllimәsi Gülәr xanıma öznü borclu hesab edir.
Seyidağa qeyd edir ki, onun әn uğurlu günü cümә vә şәnbә günüdür. Böyük bir şirkәt sahibi olmaq arzusunu bizimlə bölüşən qəhrəmanımız "Dünya iqtisadiyyatı " fakultәsini bitirib, məşhur iş adamı olmaq istәdiyini dilə gətirdi. Bu fikri ona atası Qoşqar bәy aşılamışdır.
Seyidağa asudә vaxtında әsasәn "Şerlok Holms”u oxumağı sevir.
Gәlәcәklә bağlı planları belədir- Azәrbaycan Dövlәt İqtisad Universitetinә qәbul olmaq.Burada “Dünya iqtisadiyyatı” fakültәsin bitirmәk istәyir. Tarixin yaddaşında qalmaq üçün insanlara yararlı bir formul kәşf etmәk arzusundadır.

Biz isә Seyidağa vә onun timsalında bütün balaların arzularının çin olmasını Allahdan dilәyirik. Uğurlar sənə, Seyidağa!

Комментариев нет:

Отправить комментарий