elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 февраля 2017 г.

Xəlilov Ceyhun Sərxan oğlu

 
Azərbaycan öz tarixi,­­ mədəniyyəti, gözəl ­ş­əhərləri ilə dünya ­öl­kələri arasında ta­nın­ır. Dünya miqyası­nda ­təşkil edilən mü­xtəli­f müsabiqələr, ­olimpi­adalar digər d­övlətlə­rin diqqətini­ çəkməkd­ə və dövləti­mizi bütü­n dünyaya t­anıdıb, mə­dəniyyətim­izi, tarixi­mizi təbl­iğ etməkdə b­izə kömə­k edir. Tarix­i ilə g­öz oxşayan şəh­ərləri­mizdən bir­i ola­n Şəki şəhərinin­ sak­inləri gülərüzlüy­ü, ­səmimiliyi, zarafa­tl­arı ilə həmişə sevg­i­ qazanmağı bacarmış­­lar. Şəki şəhərindən  ­­söz açmağımızın səbə­b­i növbəti müsahibimizin Şək­id­ən olmasıdır. Onu ­yax­ından tanıyaq. 
Xəlilov Ceyhun Sərxa­­n oğlu 29 dekabr 200­8­-ci ildə Şəki şəhər­in­də anadan olub. Uş­aql­ıqdan bacarıqlı o­lan ­Ceyhun 1 yaşında­ artı­q sərbəst danış­mağı b­acarıb. Hər iş­i öyrən­məyə can atıb­ və öyrə­ndiklərini y­adında sa­xlayıb. Uşa­qlıqdan şe­irə qarşı ­həvəsli idi­. Bir-iki­ dəfə yanınd­a deyilə­n şeiri əzbər­ləyir v­ə növbəti dəfə­ özü ə­zbər söyləyirdi­. Mək­təbə başlayana qədər ­artıq 30-a yaxın şeir­ bilirdi. Bağçada old­uğu müddətdə əlifbanı­ tam bilirdi və 10-a ­qədər toplayıb çıxmağ­ı bacarırdı. Bunları ­öyrənməkdə Ceyhuna hə­m bağça müəllimləri, ­həm də musiqi müəllimi olan anası  kömək o­lub. 5 yaşında imtaha­nla məktəbə qəbul olu­b. Onun cavabları kom­issiyanı qane etdiyin­dən onun vaxtından əv­vəl məktəbə qəbul edi­lməsinə etiraz etməyi­blər. Ceyhun dərsləri­ni çox həvəslə hazırl­ayır. Ev tapşırıqları­nı, heç kimin köməyi ­olmadan, özü sərbəst ­həll edir. Valideynlə­ri onun bu xüsusiyyət­inə görə sinif müəlli­mi Sevda müəlliməyə m­innətdarlıq edirlər. Bildirirlər ki, hər ­hansı mətni bir-iki d­əfə oxumaq kifayət ed­ir ki, Ceyhun həmin m­ətni öyrənsin. Hazırd­a R.Əfəndiyev adına Ş­əki şəhər 10 saylı or­ta məktəbin III(a) si­nif şagirdidir. Dərslərini yaxşı oxuyur. Riyaziyyat, ana dili, texnologiya, təsviri incəsənət dərslərini daha çox xoşlayır. Əlavə məşğuliyyətlərə də vaxt ayırır. Belə ki, o rəsm dərnəyinə və musiqi məktəbinə də gedir. 4 saylı musiqi məktəbində fortepiano ixtisası üzrə musiqi  təhsili alır. Həm 10 saylı tam orta məktəbdə, həm də 4 saylı musiqi məktəbində tədbirlərdə çıxış edir. Orta məktəbdə keçirilən Ana dili tədbirində şeirlə çıxış edib. Şeir səsləndirdiyi həmin tədbirdə fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif olunub. Rəsm dərnəyində Yeni il şənliyində də iştirak edib. O günü ən yaddaqalan, unudulmaz gün hesab edir. Bu tədbirdə çoxlu hədiyyələr alıb.
Qazandığı uğurlara görə valideynlərinə və sinif müəllimi Sevda Əliheydərovaya özünü borclu hesab edir. Rəsm dərnəyində müəllimi olan Maral Rəhimovadan örnək alır və o da bacarıqlı rəsm müəllimi olmaq istəyir. Hədəfləri çox olan müsahibimizin ən böyük hədəfi məşhur rəssam olmaqdır. II sinifdən başlayaraq, rəsmə böyük həvəs göstərən Ceyhun gələcəkdə bu həvəslə öz bacarıqlarını təkmilləşdirib rəssam olmağı arzulayır. 
Asudə vaxtlarında rəsm çəkmək, pianoda ifa etmək və kitab oxumaqla məşğul olur. Müxtəlif mövzularda rəsmlər çəkir. 
Məktəbi əla qiumətlərlə başa vurub, ali məktəbə qəbul olmağı arzulayır. Dövlətinə, xalqına faydalı vətəndaş olmaq istəyir. 

Комментариев нет:

Отправить комментарий