elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Əziz oxucularımıza təqdim edəcəyimiz Azərbaycanın fəxr olunası övladlarından biri Abduləliyev Rüfət Rəmzi oğlu 11 dekabr 2006-cı ildə Zərdab rayonunun Şah Sünnü kəndində doğulub. Rüfət çox ağıllı, eyni zamanda dəcəl olmuşdur. Körpəlikdən çevik və hər şeyə maraq göstərən olub. Rüfət hərtərəfli uşaqdır və bir çox məşğuliyyətləri vardır. O, ilk dəfə Bakı şəhərinin 153 saylı məktəbində oxumuşdur. Hazırda isə Mingəçevir şəhər 16 saylı məktəbdə təhsilini davam etdirir. III sinifdə oxuyan Rüfət məktəbin çalışqan və fəal şagirdidir. Hər bir şagirdin daha çox maraq göstərdiyi fənn olduğu kimi Rüfətin də ən sevimli fənni riyaziyyatdır. Tədbirlərə maraq göstərir və daha çox şeir deməyə üstünlük verir.
 Bütün uşaqların irəliləməsində valideynlərin rolu olduqca böyük olduğu kimi Rüfət də əldə etdiyi bütün uğurlara görə anasına borcludur. Həmçinin Rüfətin fəaliyyətində xalası qızı Abdulxalıqova Səbinədən aldığı stimul onun kimi savadlı olmaq istəyidir.
 Uşaqlar lap kiçik yaşlardan bir peşəyə maraq göstərir. Rüfətin də istəyi böyüyəndə polis olmaqdır. Bu da onun qanunu pozanların əleyhinə olmasından, belə insanları qanuna təslim etmə istəyindən irəli gəlir. Rüfət asudə vaxtlarını da dəyərləndirə bilir. Dərslərini vaxtında həll etdikdən sonra boş vaxtlarında maraqlı kitablar oxuyur, sağlamlığının qeydinə qalaraq idmanla məşğul olur, gəzintiyə çıxır.
Bədii yaradıcılda şeirə üstünlük verir. Onun gələcək istəyi Polis Akademiyasına qəbul olmaq, qanunun keşiyində durmaqdır. Arzusuna çatmaq üçün dərslərində müvəffəqiyyətli olmağa səylə çalışır.
 Gələcəyinə ümid bəslədiyimiz yeniyetmələrdən biri də Rüfətdir. Ağıllı işlər görərək insanların yaddaşında qalmaq istəyi onun saf niyyətli, xeyirxah olmasından xəbər verir. Arzu edirik ki, Rüfətin gələcəkdə valideynlərinin ümidlərini doğrultsun.
 Bu yolda hər maneəni aşaraq irəliləməkdə Allah yar və yardımçın olsun.


Комментариев нет:

Отправить комментарий