elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Zərqələm İsrafil qızı Mehdiyeva

İncə səsli, zərif barmaqlar sahibi, istedadlı Zərqələm İsrafil qızı Mehdiyeva 19 sentyabr 2005-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda ağıllı, sakit təbiətli və dərin düşüncəyə malik biri olub. 2011-ci ildə Bakı şəhəri, Sə­bail rayonundakı 132-134 saylı Təhsil Kompleksinə I sinfə qəbul olunub. Dərs əla­çısı olan balaca qəhrə­ma­nımız eyni zamanda Səbail rayonu Tofiq Quliyev adına 12 saylı 11 illik Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə I sinfə qəbul olub.
Musiqi məktəbində təhsil aldığı müddətdə özünü çox istedadlı şagird kimi göstər­miş, beynəlxalq müsabiqə­lər­də iştirak etmiş və qalib olmuşdur. Belə ki, 2015-ci ilin mart ayında Estoniyanın Nar­va şəhərində keçirilən İohann Sebastyan Baxa həsr edlmiş X Bey­nəl­xalq fortepiano müsa­biqəsində I yerə, elə həmin ilin may ayında İstanbulda keçirilən X Pera beynəlxalq piano müsabiqəsində II yerə layiq görülmüşdür. 2012-ci ildən başlayaraq Bakıda müxtəlif konsert salonlarında konsert proqramları ilə çıxış edən Zərqələm M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyilə altında Qara Qarayev Dövlət Kamera orkestrinin müşayiətilə çıxışlar etmişdir. 2016-cı ilin iyul ayında Gürcüstanın Borjomi şəhərində keçirilən “Harmoniya” Beynəlxalq Musiqi festivalında laureat adını qazanmışdır. Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ailə üzvləri və müəllimlərinə borclu hesab edir. Xüsusən də müəlliməsi Abbasova Sevinc və musiqi müəlliməsi Aslanova Səbinə xanıma minnətdar­lığını bildirir.

Biz də bu istedadlı balaya Azərbaycanı layiqincə təmsil etməyi arzulayırıq. Uğurların bol, gələcəyin parlaq olsun!

Комментариев нет:

Отправить комментарий