elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Məmmədzadə Güllər Ruslan qızı

Məmmədzadə Güllər Ruslan qızı 21 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Körpəliyi sakit olub. Bakı şəhərində yerləşən 47 saylı məktəbəqədər təhsil müəssisəsinə gedib. Məktəbə gedənə qədər yazıb oxumağı öyrənib.
Güllər ilk təhsilini Goranboy şəhəri, 2 saylı tam orta məktəbdə almışdır. Hal-hazırda isə Bakı şəhəri 132-134 saylı Təhsil Kompleksində 6 ç sinfində təhsil alır. Müəllimlərini və sinif yoldaşlarını çox sevir. Dərslərini yaxşı oxuyur. Bütün fənləri sevsə də, fizika və biologiya fənlərinə marağı daha böyükdür.
Məktəb və sinif tədbirlərində hər zaman fəal iştirak edir. Məmmədzadə Güllərdə 4-cü sinifdən təsviri incəsənətə maraq daha qabarıq nəzərə çarpıb. Boş vaxtlarında rəsm çəkməklə və kitabda müxtəlif paltar modelləri çizməklə məşğul olur. Həm də internetdən müxtəlif maraqlı mövzuları öyrənib düzəltmək, tətbiq etmək qabiliyyətinə malikdir. Buna görədir ki, bayramlarda evdə müxtəlif maraqlı oyunlar, viktorinalar təşkil edir, slaydlar hazırlayır. Ən böyük arzusu da məhz rəssam-modelyer olmaqdır. Düzdür indi vaxtının çox hissəsini oxumağa həsr edir. Bilir ki, gələcəkdə hər hansı bir peşəyə yiyələnmək üçün çox yaxşı təhsil almaq zərurudir.
Güllər heç kimə yox, ancaq özünə bənzəmək istədiyini söyləyir. Bu da onun bir şagird kimi özgüvəninin yüksək olmasından xəbər verir. Özünü öncə Allaha, sonra isə valideynlərinə və müəllimlərinə borclu hesab edir. Ancaq yaxşı əməlləri və xoş ünsiyyəti ilə tanıdıqlarının yaddaşında qalmaq istəyir. Bütün uşaqlar kimi o da ali məktəbə daxil olmaq, vətəninə, xalqına və ailəsinə layiqli övlad olmaq istəyir. Güllərin hərtərəfli və müsbət xüsisiyyətlərə malik olmasında təbii ki, ailəsinin,təhsil aldığı məktəbin və müəllimlərinin böyük payı var.

Biz də öz adımızdan bu istedadlı qızımıza uğurlar diləyirik. Yolun açıq,şansın bol olsun, Güllər!

Комментариев нет:

Отправить комментарий