elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Aydan Xəqani qızı Quluzadə

 
Aydan Xəqani qızı Quluzadə 28 fevral 2005-ci ildə Bakı şəhə­rində anadan olub. Ağıllı, tez dil açan və iti yaddaşlı uşaq olub. Qabiliyyətli olduğundan maraqlandığı hər sahədə uğur əldə etməyi bacarırmış. Çevik hərəkət­ləri müstəqil yerinə yetir­diyini görən valideynləri onu gimnastika dərnəynə yazdı­rırlar. Və o burAda bacarıq göstərərək yarışda I yer tut­mağa nail olmuşdur. Teleka­nal­larımızdan birinin “İd­man xəbərləri”ndə bu barədə süjet efirə getmişdir. 
Çox gözəl musiqi duyumu olan Aydanın qəşəng şəkil çək­mək bacarığı da var. Çəkdiyi rəsmlər öz gözəlliyilə görənlərin zövqünü oxşayır. 
Aydan hələ məktəbə get­məmişdən əvvəl yazıb-oxu­mağı öyrənmişdi. Bu işdə ona anası və ilk müəllimi kömək etmişdi. Bu qəşəng qız hazırda 132-134 saylı Təhsil Kompleksində VI sinifdə oxuyur. Dərslərində fəal olan Aydan Abbasova Sevinc müəllimə minnətdar olduğunu deyir. Dərs əlaçısı olan bu qız həm də çox aktivdir. Məktəbin müxtəlif tədbirlərində fəal iştirak edir. Divar qəzetinin tərtibatında öz bacarığını sevərək sərgiləyir. Biologiya, fizika və ingilis dili fənlərini çox sevir. Asudə vaxtlarında piano çalmağı, şəkil çəkməyi və ailəslə birgə gəzintiyə çıxmağı xoşlayır. 
Vətənpərvərlik ruhunda tərbiyə alan Aydan əldə etdiyi uğur­larına görə müəllimlərinə və valideynlərinə minnətdar olduğunu deyir. Yaddaşlarda qalmaq istəyən qəhrəmanımız vətənə faydalı şəxsiyyət olmağı düşünür və arzulayır. 
Biz də bu vətənpərvər qıza uğurlar diləyir və yolun açıq olsun deyirik!

Комментариев нет:

Отправить комментарий