elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Ayla Nazir qızı Abdulqədirova


Növbəti istedadlı balamız Ayla Nazir qızı Abdulqədirovadır. O 14 sentyabr 2010-cu ildə Göyçay şəhərində anadan olub. Valideynlərinin dediyinə görə dəcəl uşaq olub, rəsm çəkməyi çox sevir və tək oynamağı xoşlayır. Məktəbə getmədən öncədə yazıb-oxumağı bilən Ayla Göyçay şəhərindəki 9 saylı uşaq bağçasına gedib, orda rus dilində ilk dəfə hərflərlə tanış olub. Müəllimi Yuliya Muradovnadan öyrənib. Rus dilində təhsil alması ona ana dilində öyrənməyə mane olmamışdır. Körpə vaxtlarından qeyri-adi uşaq olan Ayla hamının diqqətini çəkib. Yaşıdlarından fərqli olaraq o oyuncaqla oynamaq əvəzinə təbiətdə gəzmək və suallar verməyi daha üstün bilirdi.
Hazırda balaca Ayla Göyçay şəhəri 3 saylı məktəbin 1d sinifinin rus böıməsində təhsil alır. Dərs əlaçısıdır, bütün fənləri sevir. Bağçadakı kimi məktəbində bütün tədbirlərində fəal iştirak edir, uğurlarına görə müəllim və şagird dostlarının hər zaman diqqətini çəkir. Ayla ailəsinin sevimlisi olmaqla yanaşı eyni zamanda müəllimlərinin də sevimlisidir.
Gələcəkdə hüquqşunas olmaq fikrindədir. O düşünür ki,  insanların hüquqlarını mudafiə etmək üçün bu peşəyə yiyələnmək onu daha çox xoşbəxt edəcək. Ayla eyni zamanda gözəl rəsimlər də çəkir. Təsviri incəsənəti isə hobbi olaraq görür balaca hüquqşunas.
Tarixin yaddaşına uğurları və bacarıqları, gördüyü humanist işlərlə yazılmaq istəyir. Uğurlarına  görə valideyinlərinə və müəllimlərinə xüsusən sinif rəhbəri Aygün  xanıma təşəkkür edir.
Biz də “İstedadlar.biz” redaksiyası olaraq Aylaya gələcək həyatında uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий