elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 февраля 2017 г.

Hacıyeva Fәridә Cәlil qızı

Azәrbaycanımız istedadlı gәnclәri ilә tanınmaqdadır. Bunlardan biri dә Fәridәdir.
O, körpәlikdәn ağıllı vә dәcәl uşaq olub. Vaxtından tez danışıb, vaxtından əvvəl gәzmәyә başlayıb. Rәqs etmәyi vә idmanla mәşğul olmağı çox sevib.Üç yaşından rәqs dərnəyinə yazılıb, müxtәlif konsertlәrdә iştirak edib, klipdә çәkilib, televiziya verilişində qonaq olub.
İki-üç yaşında olarkәn hamını heyrәtlәndirәn Fәridә qızımız mәktәbә gedәnә qәdәr yazıb - oxumağı bilirdi. Bunu ona müәllimәsi öyrәtmişdir.
Hacıyeva Fәridә Cәlil qızı 2005-ci oktyabrın 19-da Bakı şәhәrindә anadan olmuşdur. İlk tәhsilini 132-134 saylı Tәhsil Kompleksindә alıb. Hazırda da həmin tədris ocağının"6-cı" sinif, rus bölmәsindә təhsilini davam etdirir. Dәrs әlaçısı olan Fәridәnin әn çox sevdiyi fәnlәr riyaziyyat, biologiya vә ingilis dilidir. Mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә iştirak edir. Bunlardan bir neçәsi rәqs etmәk və poeziya nümunəsinin təqdimi olub.
Fəridə bir neçә sahә üzrә diplom әldә edib. Şahmat vә gimnastika üzrə aldığı diplomların adlarını qeyd etmək olar.
Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә anasına vә müәllimlәrinә özünü borclu hesab edir. Üzәrindә әmәyi olan insanlara, sinif rәhbәri olan Sevinc Abbasovaya minnәtdarlığını bildirir.
Gәlәcәklә bağlı planlarından danışan qəhrəmanımız savadlı cәrrah olmaq arzusunu bildirir. Bu sahә üzrә anasının yolunu davam etdirmәk istәyir.
Asudә vaxtlarında rәqs etmәyi, mütaliəni, üzgüçülüyü vә qaçışı xoşlayır.
Fəridənin ən böyük arzusu tarixin yaddaşında әbәdi olaraq qalmaq, vәtәninә layiqincə xidmət etmәkdir. O, ali mәktәbә daxil olub tәhsilini xarici ölkәlәrin birindә davam etdirmәk arzusundadır.
Biz dә öz adımızdan Fәridә qızımıza müvəffəqiyyətlər arzu edirik. Uğurların bol, yolun açıq olsun, Fәridә!


Комментариев нет:

Отправить комментарий