elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 февраля 2017 г.

Emin Ələkbər oğlu Qasımov

Emin Ələkbər oğlu Qasımov 13 noyabr 2002-ci il Rusiya Federasiyası Stavropol bölgəsi Zelyonokumsk şəhərindә dünyaya göz açıb. Emin körpәlikdәn çox çevik və bacarıqlı uşaq olub. Uşaqlıqdan şeirləri, maraqlı hekayələri yadında saxlayıb, dəqiqliklə danışırdı. Qay­ğıkeşliyi balaca qardaşlarına olan münasibətində özünü göstərir. Məqsədyönlüdür. Ən çox sevdiyi məşğuliyyət futbol və əyləncəli estafetlər olub. Bütün idman yarış­larına üstünlük verir. Şəhər­daxili idman yarışlarına izləyici kimi qatılmağı çox sevir. Futbol istedadı öncə televiziyadan izlədiyi oyunlar və məşhur futbolçulardan qaynaqlanıb, daha sonra məhəllə futbolunda yaşıdları arasında öz bacarığı ilə seçilib. 
Mәktәbә gedәnә qәdәr oxumağı-yazmağı bacarırdı. İlk təhsili 1 №-li gimnaziyada alıb. Hazırda isә İdrak liseyindә təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Bütün fənləri eyni səviyyədə oxumağa çalışır, çünki hərtərəfli inkişaf etmək istəyir. Təhsil aldıqca özünü təkmilləşdirməyə çalışır. Müxtəlif yarışlarda fəal iştirakçı olub. Maraqlı yarışmalar, olimpiadalar yeni nailiy­yətlər qazanmasına, istedadının hərtərəfli üzə çıxmasına və özünü sınamağa kömək etdiyini deyir. Təsviri incəsənət üzrə, təhsildə qazandığı uğurlara və nümunəvi tərbiyəyə görə, idman nailiy­yətlərinə görə diplomlarla təltif olunub. Qazandığı bütün nailiy­yətlərə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. 
Futbol fəaliyyətində Messiyə oxşamaq istəyir, onun kimi texnikaya malik olub güclü oyun göstərmək arzusundadır. Adlı-sanlı klublarda oynamaq istəyir. 
Biz dә redaksiyamız adından qәhrəmanımız Emin balamıza nailiyyәtlәr arzu edirik. Uğurların bol, yolun açıq olsun, Emin.

Комментариев нет:

Отправить комментарий