elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Kərimli Elvin Eyvaz oğlu

Hörmətli oxucular, sizi Nərimanov rayonu 45 saylı tam orta məktəbin IX sinif şagirdi Kərimli Elvinlə tanış etmək istəyirik. Elvin 2001-ci ilin yanvarın 12-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Elvin ailənin ikinci övladıdır. Amma buna baxmayaraq, arzu olunan, sevimli, istəkli bir körpə olub. Hələ doğulduğu andan etibarən valideynləri onun fərqli bir uşaq olacağını anlamışlar. Sakit təbiətli, düşüncəli, tərbiyəli uşaq idi. Ona hədiyyə olunan saysız-hesabsız oyuncaqlarına, oyuncaq maşın kolleksiyasına fərqli yanaşırdı. Bunların içərisində ən sevdiyi “hörümçək adam” oyuncağı idi. Saatlarla “Hörümçək adam” filminə baxmaqdan doymurdu. Bu insanın qeyri-adi istedadı, zirvələri asanlıqla fəth etməsi onun kiçik ürəyini həm həyəcanlandırırdı, həm də gələcək arzularının cücərtisi üçün toxum səpirdi. Sonra kitablara maraq göstərməyə başladı. Nağıl kitabların çox sevirdi. Oxuya bilməsə də, məzmunu ilə maraqlanırdı.
Elvin ilk dəfə məktəbə bacısı I sinfə gedən günü qədəm qoymuşdu. Elə o vaxtdan onun məktəbə sevgisi yarandı. Hər gün bacısının məktəbdən qayıtmasını həvəslə gözləyərdi. Bacısı dərslərinə hazırlaşdıqca o da dəftərin hər səhifəsinə qəribə şəkillər çəkər, şeirləri, nağılları məharətlə yadında saxlayardı. Nəhayət, Elvin I sinfə qədəm qoydu. Sevincinin həddi-hüdudu yox idi. İlk dərs günü olduğundan uşaqlar evə tez buraxılmışdı. O, isə məktəbdən evə gəlmək istəmirdi. Yol boyu elə hey müəllimin ondan heç nə soruşmadığından şikayətlənirdi. Məktəb ona sehrli aləm kimi gəlirdi. O, sanki bu sehrli aləmdə qalıb onun hər sirrini öyrənməyə can atırdı. Bir müddətdən sonra müəllimlər onun bu sevgisini hiss etdilər. Elvin sinif yoldaşlarından çox fərqlənirdi. Dərslərinə ciddi, məsuliyyətlə yanaşırdı. Həmişə onun səliqəli, mükəmməl xəttini şagirdlərə nümunə göstərirdilər. Elvin tənəffüs zamanı belə sinifdə tək oturub yeni kitablarla maraqlanır.
Elvinin ilk uğuru “Əlifba” bayramından başlayıb. Bu bayramın aparıcılığı ona həvalə olunmuşdu. Birinci sinif şagirdi üçün məktəb rəhbərliyi, şagirdləri, valideynləri qarşısında çıxış etmək həyəcan verici idi. Elvin bu işin öhdəsindən layiqincə gəldi. Elə ilk hədiyyəsini də o gün aldı. İbtidai təhsili əla qiymətlərlə bitirdi. Məktəbin şərəf lövhəsində şəkli əlaçılar sırasında yer aldı. İbtidai sinif müəllimi Rəna müəllimə vida iclasında xüsusi olaraq Elvinə uğurlar arzuladı. Elvin isə Rəna müəllimə həsr etdiyi şeiri söyləyərək ona ehtiyac duyduqları zaman həmişə bir ana kimi üz tutacaqlarına söz verdi. 2011-ci ildə Elvin təhsildə qazandığı nailiyyətlərə görə tərifnamə ilə təltif olundu.
Hazırda IX sinifdə oxuyur. Dərs əlaçısı, sinif nümayəndəsidir, müəllimlərin sevimlisi, nümunəvi, çalışqan şagirddir. Bu illər ərzində Elvinin uğurları çox olub. Məktəb olimpiadalarında fəal çıxış edərək birincilik qazanıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda keçirilən təlimdə fəal iştirakına görə sertifikata layiq görülüb. 2015-ci ildə “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diploma layiq görülüb. Zəka kurslarının keçirdiyi bilik yarışında 613 bal toplayaraq fəxri fərmanla təltif olunub. 2016-cı ildə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”ndə müvəffəqiyyətinə görə diplomla təltif olunub. O, Azərbaycanda keçirilən bütün bilik yarışlarında iştirak etmək istəyir. Bu yarışlara böyük səylə hazırlaşır.
Asudə vaxtlarını səmərəli keçirir. Belə ki, həftə sonları ailəvi olaraq teatra və kinoya gedirlər. İncəsənət sahəsi onu çox maraqlandırır. Demək olar ki, teatr repertuarlarında olan bütün tamaşaları izləyir. Baxdığı tamaşalar ədəbiyyat dərsində inşa mövzularının yazılmasına və müzakirəsinə kömək edir. Elvinin idmana çox böyük marağı var. Futbol onun hobbisidir. Bu idman növü ilə mütəmadi olaraq məşğul olur. Məktəblərarası futbol yarışlarında uğurlu çıxış edib. O demək olar ki, bütün futbol oyunlarını izləyir. Azərbaycanda “Qarabağ”, xarici klublardan isə “Barselona” futbol komandasına azarkeşlik edir. Ən sevdiyi futbolçu Messidir. Ən böyük arzusu isə Messi ilə görüşmək və futbol klublarından birinə rəhbərlik etməkdir. İnsan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Elvinin də qəlbində arzular çoxdur. İstər karyera ilə bağlı, istər şəxsi həyatla, istər hər hansı həvəslə, hobbi ilə və s. Elvin gələcəkdə adını Azərbaycan milyarderləri sırasına yazdırmaq istəyir. V sinifdə oxuyarkən 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edərkən bu fikri səsləndirdi: “Ana, mən o qədər varlı, güclü olmaq istəyirəm ki, Ermənistanı yer üzündən silim”. O gündən bu günə heç nə dəyişməyib. Sadəcə illər keçib. Elvin isə hələ də bu arzusunun ümidi ilə yaşayır. Yəqin düşmənlərini məhv edəcək bir qüdrətə sahib olaraq tarixin yaddaşında yaşamaq istəyir. Hər halda bu istək azərbaycanlı övladının vətəninə, xalqına, dövlətinə olan sonsuz sevgisindən irəli gəlir. Hələlik Elvin dərslərinə böyük səylə çalışır. Qarşıda onu böyük sınaq gözləyir. Əsas arzusu və məqsədi məktəbi əla qiymətlərlə bitirib yüksək balla ali məktəbə daxil olmaqdır. Gələcəkdə Daxili İşlər Nazirliyində işləmək istəyir. Qanun keşikçisi olmaq böyük məsuliyyətdir. Elvin düşünür ki, həyatda əsas odur ki, sevdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana bilərsən. Bunun üçün isə çox çalışmaq lazımdır.

Biz də Elvinə bu çətin həyat sınaqlarından zəfərlə çıxmağı, ən yüksək zirvələri fəth etməyi arzu edirik.

Комментариев нет:

Отправить комментарий