elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 февраля 2017 г.

Xalidə Kamran qızı Qafarova

Azərbaycan istedadlar diyarıdır. Belə gənc balalardan biri də Xalidə Kamran qızı Qafarovadır. O, körpəlikdə ərköyün və dəcəl uşaq olub. Çox erkən dil açıb, hazırcavab və ağıllı olub. Xalidə mütailə etməyi, səyahəti, şəkil çəkməyi və şahmatı çox sevib. Buna baxmayaraq oxuyub-yazmağı da öyrənib. Bu işdə ona anasının köməyi çox olub.
O, 2005-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. Hazırda Xalidə qızımız 132-134 saylı Təhsil Kompleksinin “6 ə”sinfində, rus bölməsində təhsil alır. Dərs əlaçısı olan Xalidənin ən çox sevdiyi fənlər biologiya, riyaziyyat və coğrafiyadır. O, məktəbdə keçirlən bütün fənn tədbirlərində, olimpiadalarda fəal iştirak edir.
Səyahəti çox sevən Xalidə 2013-ci ilin avqust ayında ailəsi ilə birgə xarici ölkələrin birinə səyahət etmişdilər. Xalidə həmin günü özünün ən uğurlu günü hesab edir. Çünki, o ölkədə muzeylərə, tarixi abidələrə baş çəkmək Xalidənin çox xoşuna gəlib.
Əldə etdiyi uğur və naliyyətlərinə görə ilk müəlliməsi Leyla Mikayıl qızına, hazırda isə sinif rəhbəri Sevinc Abbasovaya minnətdarlığını bildirir. Xalidə hər şeyə görə ailəsinə borclu olduğunu qeyd edir.
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi xoşlayır. Gələcəklə bağlı planları isə yüksək balla ali məktəbə daxil olub, Ziya babası kimi riyaziyyatçı olmaqdır.

Biz də Xalidə qızımıza arzu və istəklərinə nail olmağı diləyirik. Uğurlar sənə,Xalidə!

Комментариев нет:

Отправить комментарий