elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Abdullayev Əlirza Gülməmməd oğlu 29 yanvar 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. Əlirzanın atası Gülməmməd bəy Qarabağ veteranı olub, uzun illər vətən uğrunda döyüşlərdə iştirak edib, 2002-ci ildə Əlirzanın iki yaşı olanda xəstəliyə tutulduğu üçün dünyasını dəyişib. Anası Nəzakət xanım iki övladını tək böyüdüb. Əlirza uşaq vaxtı ağıllı, sakit, anasını incitməyən uşaq olmuşdur. Lap balacalığından bu günə qədər idmana, hərbiyə marağı böyük olub. 68 saylı bağçaya getmiş, yazıb-oxumağı müəllimi Təranə xanımdan öyrənmişdir. Bağçadakı bütün şənliklərdə şeir deməklə, səhnəciklərdə rol oynamaqla fəal çıxış etmişdir. I sinfə Sumqayıt şəhərində 36 saylı məktəbdə gedib, hazırda həmin məktəbin X sinfində təhsil alır. Əlaçıdır. Sevdiyi fənlər tarix, cəbr, ingilis dilidir. Sinif rəhbəri Vəfa xanım Əlirzanın yüksək balla universitetə qəbul olacağından əmindir. Məktəb üzrə bütün tədbirlərdə fəallığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə yaşıdlarından fərqlənməyi bacarmışdır. Həyatdakı uğurlarına görə özünü müəllimlərinə və anasına borclu sayır.
 Əlirza yüksək balla BDU-ya qəbul olmaq, əsgəri borcunu ödədikdən sonra polis olmaq arzusundadır. Bu seçimində atasının və dayısının rolu böyükdür. Əlirza atası kimi vətən uğrunda döyüşmək, lazım gələrsə, vətən uğrunda ölməkdən də qorxmur. Polis olarsa, ən böyük amalı dövlətə, vətəndaşlara şərəflə və vicdanla qulluq etməkdir. Qubadlını azad görməyi və oraya yol çəkdirməyi arzulayır.
 Əlirzanın arzuları saysız-hesabsızdır. Hər şeydən çox o, anasının üzünün gülməsini, anasına və rəhmətə gedən atasına layiqli övlad olmaq istəyir. O fəxr edir ki, belə bir atanın və ananın övladıdır.
 Biz də həyat yollarında ona uğurlar arzu edir, gələcəkdə onu vətənə sədaqətlə xidmət edən polis kimi görmək istəyirik. 

Комментариев нет:

Отправить комментарий