elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Salamov Tacəddin Azər oğlu 2 oktyabr 1997-ci ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində dünyaya göz açıb. Tacəddin körpəlikdən çox aktiv uşaq olub. Ətrafda baş verən hər bir hadisə ilə maraqlanıb. Kitablara böyük marağı olub. Güclü yaddaşa malik olduğuna görə ona oxunan hər bir nağılı yadında saxlayırdı. 4 yaşından rus dilində oxuyub-yazmağı öyrənmişdir. Televiziya verilişlərinin titrlərini belə sürətlə oxumağı bacarırdı. Tacəddinin ilk təhsili ilə anası məşğul olub. Tacəddin riyaziyyatı daha çox sevib və mənimsəyirdi. Məntiqi və riyazi məsələləri asanlıqla həll edirdi. Onun futbola da çox böyük marağı var. Dünyanın ən güclü komandalarının qarşılaşmalarını televiziyadan böyük həvəslə izləyir. Özü də çox yaxşı futbol oynayır. Bu maraq onun bütün dünya ölkələrinin adlarını və bayraqlarını tanımasında kömək oldu.
Bakı şəhəri 70 №-li məktəb-liseydə təhsil alıb. Məktəbi əla qiymətlərlə başa vurmuşdur. Bütün fənləri həvəslə oxuyub. Ən çox sevdiyi fənn isə kimya olub. Kimya fənni üzrə məktəblərarası və digər yarışlara qatılıb. İlk dəfə VII sinifdə oxuyanda 289 №-li Zəkalar liseyində keçirilmiş məntiq bilik yarışında II yer tutmuşdur. Bir-neçə dəfə kimya üzrə fənn olimpiadasının rayon və şəhər turunun qalibi olmuş, respublika turunda bürünc medala layiq görülmüşdür. Bundan əlavə Bakı Ali Neft məkəbində keçirilmiş kimya olimpiadasında da II yerə layiq görülmüşdür. Sinifdə hərtərəfli biliyi ilə digər şagirdlərdən fərqlənib. Məktəbin ictimai işləridə də həmişə fəal fəal iştirak edib. Hazırda Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin II kurs tələbəsidir. Həyatının ən əlamətdar gününü ali məktəbə qəbul olduğu gün hesab edir. Tacəddin qəbul imtahanında 685 bal toplamışdır.
Azərbaycan, rus, alman və türk dillərini mükəmməl bilir.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə, Bakı şəhəri 70 №-li məktəb-liseyin bütün müəllim heyətinə borclu olduğunu deyir. Uğurlarında ona ilk dəfə yazıb-oxumaq öyrədən Musayeva Arzu müəllimin, sinif rəhbəri Əliyeva Reyhan müəllimin və məkrəbin direktoru, əməkdar müəllim Qasımov Nazim müəllimin, eləcə də məktəbin bütün müəllim heyətinin böyük zəhməti olduğunu vurğulayır.
İstəyir ki, vətənimiz Azərbaycana layiqli bir həkim olsun. İnsanlara kömək etmək onun həyatının qayəsidir. İnanır ki, savadlı bir həkim olmaqla, insanların sağlamlığının keşiyində durmaqla cəmiyyətə yararlı bir şəxsiyyət ola biləcək. Sağaldacağı insanların üzlərindəki təbəssümün isə həyatının ən böyük mükafatı olacağını bildirdi.
Sağlam həyat tərzi Tacəddinin həyat devizidir. Buna görə də insanların sağlamlığının keşiyində durmaq üçün həkimlik kimi şərəfli bir peşəni seçdiyini deyir.
Asudə vaxtlarında idmanla məşğul olur. Peşəkarcasına futbol oynayır. Tacəddinin futbol oynamasını görənlər onun nə üçün futbolu yox, həkimlik peşəsini seçməsinə təəccüb edirlər.
Onun gələcək üçün planları çoxdur. Tibb sahəsində Avropanın aparıcı universitetlərindən birində təhsilini davam etdirmək istəyir. Daha sonra bu sahədə təqdiqatlara geniş yer ayırmaq ən böyük arzusudur. Hədəfi Nobel mükafatçıları sırasına qoşulmaqdır.

Necə deyərlər, niyyətin hara, mənzilin ora. Arzularına çatasan, Tacəddin. 

Комментариев нет:

Отправить комментарий