elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 февраля 2017 г.

Cәmilә İmran qızı Paşayeva

 
Haqqında danışacağımız qәhrәmanımızın adını atası İmran bәy verib. İstedadlı qızımız Cәmilә İmran qızı Paşayeva 2005-ci il mayın 19-da Bakı şәhәrindә dünyaya göz açmışdır. Ailә evin yeganә övladı olan Cəmilənin yolu­nu düz səkkiz il gözlәyib. Tәk olmasına baxmayaraq valideynləri ona çox düzgün tərbiyə verib. Ağıllı, mərifətli böyüdüblər. 
3 yaşında 127 saylı uşaq bağçasına gedib. Orada oxu­mağı, yazmağı, hərfləri say­mağı öyrənib. Beş yaşında olanda Avropa liseyinin ha­zır­lıq kurslarına gedib. Ha­zırda 132-134 saylı Tәhsil Kompleksində VI sinif şagir­didir. Dәrslərini әla qiymәt­lәrlə oxuyur. Mәktәbdә, ke­çi­rilәn bir çox tәdbirlәrdә fәal iştirak edir. Gәlәcәkdә atası kimi mühasibat işçisi olmağı hədəfləyən istedadlı qızımız asudә vaxtlarında şәkil çәkmәyi və çәkdiyi rәsmlәri hәdiyyә vermәyi xoşlayır. Bu qabiliyyyəti ilə bağlı səkkiz yaşı olarkən Dövlət radiosuna dәvәt də almışdır. 
Bununla yanaşı Cәmilә gözәl şahmat oynayır. Ona ilk olaraq şahmatı sevdirәn əmisi Azәr olub. O, qardaşı qızına şahmat löhvәsi hədiyyə edib. Deyilənə görə löhvә onun əlindən yerә düşmürmüş. Atasından tәlәb edirmiş ki, ona şahmat oynamağı öyrәtsin. Bu oyuna göstərdiyi marağı görən valideyinlәri Cəmiləni şahmat mәktәbinә yazdırırlar. Qəhrəmanımıza şahmatın sirlərini aşılayan ilk müәllimi Emin bəy olub. Zəkalı balamız şahmat üzrә keçirilən bir çox turnirin iştirakçısı olub. Onlar barədə sizə danışmaq istəyirik. 
Səkkiz yaşlı qızcığaz Bakı birinciliyindә II yeri qazanıb. 2012-ci ildә keçirilәn Azәrbaycan birinciliyindә iştirak edib, şahmat üzrә I dәrәcәli idman ustasıdır. 2016-ci ildә Batumi şәhәrindә keçirilәn dünya çempionatında iştirak etmiş, hәmin ildә Rusiyanın Soçi şәhәrindә keçirilәn mәktәblərarası dünya çempionatında iştirak etmiş vә fərdi ustalığı ilә seçilmişdir. 
Azәrbaycanda dünya şöhrətli şahmatçılarımız mərhum Vüqar Hәşimov və A. Hüseynova hәsr olunmuş turnirlәrdә də qüvvəsini sınamışdır. Klassik rappid, bliz növlәrinә görә reytinq dərəcəsinə sahibdir. Әldә etdiyi uğurlarına görә vali­deyn­lәrinә, xüsusilə də ata­sına, müәllimlәri Emin bəyə, Vasif və Asif müəl­limlərə özünü borclu hesab edir. Dәrslәrindә qazandığı uğurlarına görә isә sinif rәh­bәri Sevinc xanıma minnәt­darlığını bildirir. Cəmilə zəka sahibi , beynəlxalq arenada öz sözünü demiş şahmatçımız Şәhriyar Mәmmәdyarovu özünə kumir seçib. 
Әziz oxucularmız! Cəmilə qızımız haqda mәqalәmizin son­lu­ğunda qürurla qeyd etmək istəyirik ki, o, ay-ulduzlu bayra­ğımızı başqa ölkәlәrdә ucaltmaq vә dünya çempionu olmaq niyyə­tindədir. Biz tәhsildә, elmdә və şahmat sahəsində ona әn yüksәk zirvәlәri fәth etmәsini arzulayırıq. Cəmilə, uğurların bol, yolun açıq olsun!

Комментариев нет:

Отправить комментарий