elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 февраля 2017 г.

Şahgəldiyeva Roza Nəsimi qızı

Şahgəldiyeva Roza Nəsimi qızı 6 aprel 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında dünyaya göz açıb. Abşeron rayon Saray qəsəbəsindəki 3 saylı orta məktəbdə təhsil alır.
Roza dərslərini əla oxu­yur. Ən çox sevdiyi fənlər Azərbay­can dili, ingilis dili, rus dili və riyaziyyatdır. Sinif rəhbəri Zümrüd xanım Rozanın məktəbdəki fəaliy­yətindən, həm təhsil­də, həm də davranışda nümu­nəvi şagirdlərdən olma­sından ağızdolusu danışdı.
Roza məktəbin ictimai həyatında da fəal iştirak edir. Yeni il, Novruz bayra­mına həsr olunmuş tədbir­lərdə, Rus dili gecəsində və sinifdə təşkil olunan digər tədbirlərdə şeir söyləmək, mahnı oxumaqla öz töhfəsini verib. Roza təhsildə və icti­mai fəaliyyətində əldə etdiyi uğurlara görə kitablara, müəllimlərinə və ailə üzvlərinə borclu olduğunu bildirdi.
O, babasına oxşamaq istəyir. Babası kimi həkim olmaq arzusundadır. Savadlı həkim kimi xalqına xidmət etməyi qarşısına məqsəd qoyub. I sinifdə oxuyarkən babasının tibb sahəsinə aid kitabları ilə tanış olduqdan sonra bu fikrə gəldiyini bildirir.
Roza asudə vaxtlarında bədii kitab oxumağı, rəsm çəkməyi, piano çalmağı xoşlayır. O, Sumqayıt şəhərindəki Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Rəna xanımın rəhbərlik etdiyi rəsm dərnəyinin üzvüdür. Rəna xanım da öz növbəsində Rozanın təsviri incəsənət sahəsində istedadı ilə seçilən yeniyetmə olduğunu xüsusi vurğuladı.
Bu gün üçün qəhrəmanımızın əsas hədəfi orta məktəbi əla qiymətlərlə bitirib, Tibb Universtetinə daxil olmaqdır. Tibb sahəsində elmi kəşflər etmək və sağalmaz dərdlərin dərmanını tapmaq isə gələcək planlarındandır.

Roza televiziyada “Çoxbilmişlərdənsinizmi?” verilişinin də qalibi olub.

Комментариев нет:

Отправить комментарий