elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 февраля 2017 г.

Əliyev Rəşad Rasim oğlu 4 iyun 2004-cü il Naxçıvan şəhərində dünyaya göz açıb. Uşaqlığı dəcəl və şıltaq uşaq olub. Yazıb-oxumağı məktəbə gedənə qədər bilirdi. Çünki uşaq evində müəllimi İlahə xanım öyrətmişdi. İstedadı rəqs etməkdir və 7 yaşından rəqsə başlayıb. Nənəsi Almaz xanım onun bu sahəyə marağını və məharətini gördükdən sonra məsləhət görüb ki, Rəşadı rəqsə istiqamətləndirsinlər. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. Müəllimi Ülviyyə xanım hər zaman məsələ həllində Rəşadın sinifdə birinci yerdə olduğunu deyir. Yeni il şənliklərində, məktəb tədbirləriində rəqs etmişdir.
 Ən maraqlı günü IV sinif buraxılış tədbirində rəqs etdiyi və direktor Teyyubə müəllimə tərəfindən bəyənildiyi gündür. Asudə vaxtlarında kompüterdə oyunlar oynayır.
 Ona oxumağı-yazmağı öyrədən Ülviyyə müəllimə, rəqs müəllimi Lada müəllimə borclu olduğunu deyir.
 Dənizçi olmaq istəyir. Əmisi kimi geoloq olmaq, yeni kəşflər etmək xəyalı ilə yaşayır. Bunun üçün dərslərini yaxşı oxuyur.

 Arzularına çatasan, Rəşad. 

Комментариев нет:

Отправить комментарий